Qan plazmasının zülalları orqanizmdə bir-çox funksiyalar yerinə yetirir və ən vacib laborator göstəricilərdən biridir. Ümumi zülal konsentrasiyası 2 əsas zülal fraksiyasından –albumin və qlobulindən asılıdır. Albumin əsas qaraciyərdə, qlobulinlər isə limfositlərdə sintez olunur.
Plazma zülallarının funksiyaları:
- Kolloid-osmotik təzyiqin saxlanması
- Qanın laxtalanamsında aktiv iştirak
- Qanın pH-ının saxlanması
- Transport funksiyası
- Zülal ehtiyatının yaradılması
- Qanda kation səviyyəsinin saxlanması
Ümumi zülal səviyyəsinə bədən vəziyyəti və fiziki aktivlik təsir edir. Zülal səviyyəsi ümumi metatobolizmlə bağlı xəstəliklərin göstəricisidir.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Analiz 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
- Yüngül qida qəbulundan 4 saat sonra da analizi vermək olar.
- Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
- Kəskin və xroniki infeksiya
- Kollagenozlar
- Qaraciyər və böyrəklərin patologiyaları
- Onkoloji xəstəliklər
- Qidalanmanın pozulması
- Termiki yanıqlar
Ümumi zülal səviyyəsinin yüksəlməsi (hiperproteinemiya)
- Dehidratasiya
- Kəskin və xroniki infeksion proses
- Autoimmun patologiya
- Onkoloji xəstəliklər
Zülal sintezinin azalması
- Qida vasitəsilə yetərli zülal qəbul olunmaması
- Malasorbsiya sindromu
- Qaraciyər xəstəlikləri
Orqanizm tərəfindən yüksəlmiş zülal itkisi – kəskin və xroniki qanitirmə, nefrotik sindrom, qlomerulonefrit, geniş yanıqlar
Zülalların sürətlənmiş katabolizmi
- Uzunmüddətli hipertermiya
- Travmalar
- Tireotoksikoz
- Yüksək fiziki gərginlik
- Onkoloji xəstəliklər