Ümumi zülal

14 Azn

Qan plazmasının zülalları orqanizmdə bir-çox funksiyalar yerinə yetirir və ən vacib laborator göstəricilərdən biridir.  Ümumi zülal konsentrasiyası  2 əsas zülal fraksiyasından –albumin və qlobulindən asılıdır.  Albumin əsas qaraciyərdə, qlobulinlər isə limfositlərdə sintez olunur.

Plazma zülallarının funksiyaları:

  • Kolloid-osmotik təzyiqin saxlanması
  • Qanın laxtalanamsında aktiv iştirak
  • Qanın pH-ının saxlanması
  • Transport funksiyası
  • Zülal ehtiyatının yaradılması
  • Qanda kation səviyyəsinin saxlanması

Ümumi zülal səviyyəsinə bədən vəziyyəti və fiziki aktivlik təsir edir.  Zülal səviyyəsi ümumi metatobolizmlə bağlı xəstəliklərin göstəricisidir.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Analiz 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
  • Yüngül qida qəbulundan 4 saat sonra da analizi vermək olar.
  • Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
  • Kəskin və xroniki infeksiya
  • Kollagenozlar
  • Qaraciyər və böyrəklərin patologiyaları
  • Onkoloji xəstəliklər
  • Qidalanmanın pozulması
  • Termiki yanıqlar

Ümumi zülal səviyyəsinin yüksəlməsi (hiperproteinemiya)

  • Dehidratasiya
  • Kəskin və xroniki infeksion proses
  • Autoimmun patologiya
  • Onkoloji xəstəliklər

Zülal sintezinin azalması

  • Qida vasitəsilə yetərli zülal qəbul olunmaması
  • Malasorbsiya  sindromu
  • Qaraciyər xəstəlikləri

Orqanizm tərəfindən yüksəlmiş zülal itkisi – kəskin və xroniki qanitirmə, nefrotik sindrom, qlomerulonefrit, geniş yanıqlar

Zülalların sürətlənmiş katabolizmi

  • Uzunmüddətli hipertermiya
  • Travmalar
  • Tireotoksikoz
  • Yüksək fiziki gərginlik
  • Onkoloji xəstəliklər