Müayinələr
Müayinələr
Brusellaya qarşı M immunoqlobulinləri infeksiyanın kəskin mərhələsində formalaşır. Bruselloz bakterial zoonoz infeksiyalardandır. İnsan üçün patogen olan növləri Br. Melitensis, Br. Abortus və Br. Suisdir. İnsanın yoluxması əksərən alimentar (qida) yolu ilə baş verir, bəzi hallarda kontakt və aerogen yoluxma da mümkündür.
Xəstə heyvanlardan alınan süd və ət məmulatları epidemioloji təhlükə törədir. Heyavnlar ifrazat məhsulları ilə torpağı, suyu, yemi çirkləndirirlər ki, bunlar da insan üçün yoluxma ocağı ola bilər.
Bruselloz dayaq-hərəkət, sinir və sidik-cinsi sistemi zədələyir. Kliniki mənzərədən asılı olaraq kəskin, yarı-kəskin, xroniki və rezidual formaları ayırd edilir. Keçirilən infeksiyadan sonra 6-9 ay ərzində immunitet qalır. Yenidən brusellaya yoluxma 2-7% hallarda müşahidə olunur.
Hamilələrdə bruselloz zamanı bətndaxili infeksiyanın dölə ötürülməsi mümkündür. Həmçinin postnatal olaraq laktasiya ilə də körpəyə ötürülə bilər.
Mənfi/şübhəli nəticə
Müsbət nəticə
Müayinələr