Chlamydia tr. İgG

25 Azn

Chlamydia trachomatis antigeninə spesifik G sinif anticismdir. Əvvəl keçirilmiş və ya hal-hazırki infeksiyaya qarşı markerdir.

Chlamydia trachomatis-in orqanizmə düşməsindən 15-20 gün sonra müəyyən olunur.  IgG-nin uzun müddət sirkulyasiyası xlamidiya infeksiyasının əvvəllər keçirilməsinin göstəricisidir. Bunlar spesifik, yüksək aktivliyə malik anticisimlərdir, xlamidiya qarşı davamlı immuniteti təmin etmirlər. İgG bir neçə il ərzində, bəzən isə ömür boyu orqanizmdə qala bilir. IgG-nin titri müalicə müddətində və prosesin tənzimlənməsi zamanı azalır, yenidən aktivləşmə zamanı titrin artması, hətta dördqat artması müşahidə olunur.

İnfeksiyanın xüsusiyyətləri: Xlamidioz - kəskin və xroniki gedişə malik bakterial infeksion xəstəlikdir. Selikli qişanın epitel qatının (cinsi orqanlar, göz, tənəffüs sistemi orqanları) zədələnməsi ilə xarakterizə olunur.

İnfeksiya cinsi yolla, kontakt yolu ilə ötürülür. Xlamidioza yoluxmuş ailə üzvləri (əsasən uşaqlar) və təsadüfi cinsi əlaqələrə üstünlük verən şəxslər bu xəstəlikdə risk qrupu hesab olunurlar.

Chlamydia trachomatis 2 formada müşahidə olunur; infeksion (metabolik cəhətdən zəif aktivliyə malikdir) və vegetativ (metabolik cəhətdən aktivdir). Xlamidiya infeksiyası üçün intoksikasiya xarakter deyil.  

İnfeksiyanın klinik mənzərəsi çox hallarda spesifik olmur. Xlamidiyanın kişilərdə müşahidə olunan formaları; uretrit, proktit, konyuktivit, faringit, qadınlarda müşahidə olunan formaları; uretrit, servisit, proktit, konyuktivit, zöhrəvi limfoqranuloma, uşaqlarda müşahidə olunan formaları; konyuktivit, pnevmoniya, otit, bronxiolit ola bilər.

Simptomsuz formaları müəyyən etmək nisbətən çətindir. Nəzərəçarpan terapevtik problemlər: qadınlarda salpinqit, endometrit, uşaqlıqdankənar hamiləlik, sonsuzluq; doğuşdan sonrakı endometrit, vaxtından əvvəl doğuşlar, ölü doğuşlar, hamiləliyin pozulması, urogenital traktın şişi, kişilərdə isə epididimit, prostatit, Reyter sindromu, sonsuzluq, rektal strikturanın olması  xlamidiozun kəskinləşməsinə səbəb olur.   

  • Xüsusi hazırlıq tələb olunmur.  
  • Qida qəbulundan 4 saat sonra qan götürülməsi tövsiyə olunur.
  • Sonsuzluq
  • Hamiləliyin pozulması
  • Uretrit
  • Servisit (həmçinin, hamiləlik müddətində olarsa)
  • Salpinqit
  • Endometrit
  • Proktit
  • Prostatit
  • Epididimit
  • Uşaqlıqdan kənar hamiləlik
  • Ölüdoğuşlar
  • Qorunmasız cinsi əlaqə
  • Reyter sindromu
  • Cinsi partnyorun tez-tez dəyişilməsi
  • Rektal striktur (daralma)
  • Konyuktivit
  • İmmunodefisit xəstələrində və ya uşaqlarda pnevmoniya
  • Farinqit
  • Uşaqlarda bronxiolit

Nəticələr “müsbət”, “mənfi”,” şübhəli” olaraq qeyd olunur.

Müsbət nəticə:

  • Xlamidioz, yoluxma 3-4 həftə əvvəl baş vermişdir
  • ilk 3-9 ay müalicədən sonra İnfeksiya müalicə olunandır
  • uşaqlıqdaxili infeksiya mümkündür

Mənfi nəticə:

  • İnfeksiya aşkarlanmayıb
  • Xlamidioza yoluxma 3-4 həftə əvvəl baş verib
  • müalicə olunmuş xlamidioz , müalicə 9 ay öncə bitmişdir

Şübhəli nəticə:  

  • Anticismin aşağı səviyyəsi
  • Qeyri-spesifik zərdab interferensiyası. Təcrübəni təkrarlamaq tövsiyə olunur.