Müayinələr
Müayinələr
Chlamydia trachomatis antigeninə spesifik M sinif anticismdir. Hazırki infeksiyanı və ya kəskinləşməsini göstərir.
Chlamydia trachomatis nədir, sualına cavab olaraq qeyd etmək olar ki, bu, müxtəlif orqan sistemlərini zədələyən, cinsi yolla ötürülən infeksiyadır.
Chlamydia trachomatis IgM anticisimləri Chlamydia trachomatis-in orqanizmə düşməsindən 15-20 gün sonra müəyyən olunur. IgG-nin uzun müddət sirkulyasiyası xlamidiya infeksiyasının əvvəllər keçirilməsinin göstəricisidir.
Bunlar spesifik, yüksək aktivliyə malik anticisimlərdir, xlamidiya qarşı davamlı immuniteti təmin etmirlər. Chlamydia trachomatis IgM titri müalicə müddətində və prosesin tənzimlənməsi zamanı azalır, yenidən aktivləşmə zamanı titrin artması, hətta dördqat artması müşahidə olunur.
İnfeksiyanın xüsusiyyətləri: Xlamidioz - kəskin və xroniki gedişə malik bakterial infeksion xəstəlikdir. Selikli qişanın epitel qatının (cinsi orqanlar, göz, tənəffüs sistemi orqanları) zədələnməsi ilə xarakterizə olunur. Chlamydia analizi bu epitel zədələnmələrinin diaqnozunda əsas rol oynayır.
İnfeksiya cinsi yolla, kontakt yolu ilə ötürülür. Xlamidioza yoluxmuş ailə üzvləri (əsasən uşaqlar) və təsadüfi cinsi əlaqələrə üstünlük verən şəxslər bu xəstəlikdə risk qrupu hesab olunurlar.
Chlamydia trachomatis 2 formada müşahidə olunur; infeksion (metabolik cəhətdən zəif aktivliyə malikdir) və vegetativ (metabolik cəhətdən aktivdir). Xlamidiya infeksiyası üçün intoksikasiya xarakter deyil.
Chlamydia analizi nəticəsində infeksiyanın klinik mənzərəsi müəyyən edilə bilər, lakin çox hallarda spesifik olmur. Xlamidiyanın kişilərdə müşahidə olunan formaları; uretrit, proktit, konyuktivit, faringit, qadınlarda müşahidə olunan formaları; uretrit, servisit, proktit, konyuktivit, zöhrəvi limfoqranuloma, uşaqlarda müşahidə olunan formaları; konyuktivit, pnevmoniya, otit, bronxiolit ola bilər.
Simptomsuz formaları müəyyən etmək nisbətən çətindir. Nəzərəçarpan terapevtik problemlər: qadınlarda salpinqit, endometrit, uşaqlıqdankənar hamiləlik, sonsuzluq; doğuşdan sonrakı endometrit, vaxtından əvvəl doğuşlar, ölü doğuşlar, hamiləliyin pozulması, urogenital traktın şişi, kişilərdə isə epididimit, prostatit, Reyter sindromu, sonsuzluq, rektal strikturanın olması xlamidiozun kəskinləşməsinə səbəb olur.
Analizin nəticələri kəskin infeksion prosesin olub-olmadığını, başlanğıc / təkrarlanma vaxtını və həmçinin xəstəliyin birincil infeksiyanın və ya xroniki patologiyanın şiddətlənməsinin nəticəsi olub olmadığını göstərir.
Müsbət nəticə;
Müayinələr