Müayinələr
Müayinələr
Koksaki- enteroviruslar sinfindən olub (bağırsaq infeksiyası) hüceyrədaxili parazitdir.
Risk qrupuna körpələr və 10 yaşına kimi olan uşaqlar daxildir. Daha çox isə 3-4 yaşlarda təssadüf edilir. Yaz-yay fəslində virus baş qaldırır. Koksaki keçirtmiş insanda immunitet yaranmır, yəni bu xəstəliyə dəfələrlə tutulmaq ehtimalı böyükdür.
Virus hava-damcı yolu asqırıb, öskürdükdə), qanla və xəstə insanın şəxsi gigiyena vasitələrindən istifadə etdikdə ötürülür. İstirahət yerləri, otellər, xüsusən də uşaqların çox olduğu yerlərdə gigiyena qaydalarına əməl olunmadıqda yayılır.
Koksaki virusu - orqanizmə daxil olduqda ilk öncə selikli qişada, limfada, ağız-burun boşluğunda, nazik bağırsaqda toplanır, daha sonra qana keçir və qan-damar sistemi ilə yayılır. İnkubasiya dövrü 6-10 gündur.
Ümumilikdə xəstəlik 10 gün davam edir. Hal-hazırda bu virusa qarşı preparat mövcud deyil, qəti surətdə antibiotik vermək olmaz. Yalnız xəstəliyin əlamətlərini yüngülləşdirmək məqsədi ilə qızdırma salan siroplar vermək, yataq rejiminə riayət etmək, bol maye qəbul etmək lazımdır.
Aşağıdakı klinik simptomlardan / sindromlardan birinə və ya bir neçəsinə sahibsinizsə:
Pozitiv nəticə - IgM əkscisimciklərinin olması - Coxsackie virusunun kəskin və ya yenidən yoluxma olmasının əlamətidir.
İnfeksiyanı təsdiqləmək üçün lazım olan müsbət nəticələr müxtəlif serum nümunələrindən alınmalıdır. Birinci nümunə infeksiyanın başlanğıcında, ikinci nümunə isə təxminən 14 gün sonra alınır.
Müayinələr