Helikobakter Pilori mədə və onikibarmaq bağırsaqda məskunlaşaraq qastrit, mədə-bağırsaq xorası, mədə xərçənginə və digər xəstəliklərə səbəb ola bilən bakteriyadır. Daha çox qida vasitəsilə yoluxur. Turş mühitə çox dözümlüdür, məhz buna görə mədə və bağırsağın selikli qişasına daxil olaraq uzun illər yaşayıb çoxala bilir.
Orqanizmə daxil olduqdan 6-8 gün sonra əlamətlər özünü biruzə verir. Mədə və bağırsağın iltihabı, qarın boşluğunda ağrılar, ürəkbulanmasi və qusma müşahidə oluna bilər. İlk simptomlar çox vaxt qısa müddətli olur. Daha sonrakı simptomlar – ac qarına kəskin mədə ağrılarıdır, belə ağrı qida qəbulundan sonra qismən azalır. Alkoqollu içki, stress, qeyri-düzgün qidalanma, siqaret, infeksion xəstəliklər, immunitetin zəifləməsi xəstəliyin inkişafına şərait yaradır.
Helikobakter pilorinin diaqnostikası müasir tibbin inkişafı sayəsində dünyada bir neçə üsulla aparılır. Həmçinin Sağlam Ailə Tibb Mərkəzlərində Helikobakter Pilori aşağıdakı kimi təyin edilir.
- Helicobacter p IgG+IgA+IgM
- Helicobacter p IgM
- Helicobacter p. IgG
- Nəcisdə Helicobacter pylori
- Mədə selikli qişasında ekspress H. Pylori
Xəstəliyin səbəbi düzgün diaqnostika olunduqdan sonra həkim tərəfindən müəyyən edilmiş dərman preparatları və pəhriz ilə sağalması mümkündür.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Yüngül qida qəbulundan 4 saat sonra da analizi vermək olar.
- Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
- patogen orqanizmi müəyyənləşdirmək və müəyyən bir yoluxucu prosesin mərhələsini təyin etmək.
- Mədə-bağırsaq traktının zədələnmələri klinikasının olması halında (epiqastrik bölgədə ağrı, dispeptik xəstəliklər və s.).
- Müəyyən bir yoluxucu prosesin mərhələsini təyin edərkən.
Nəticənin pozitiv olması H. Pylori ilə keçmişdə və ya hazırda qarşılaşmanın olduğunu göstərir. Dəqiqləşdirmək üçün daha spesifik analizlərin verilməsi tövsiyyə olunur. H.Pylori İgG və ya H.Pylori İgM