Askaridoz- helmintoz, Ascaris lumbricoides yumru qurdlar vasitəsi ilə törədilən xəstəlikdir. Xəstəlik keçiricisi yalnız bağırsağında dişi və erkək askarid qurdu parazitlik edən insandır. Yetişmiş qurdlar nazik bağırsaqda yaşayır, dişi qurdlar sutkada 200 000 yumurta qoya bilirlər. Nəcislə ətraf mühitə düşən yumurtalar əlverişli mühitdə 10-15 gün ərzində inkişaf edirlər. Yetişmiş yumurtalar insan orqanizmə daxil olarsa, nazik bağırsağın yuxarı hissələrində onlardan sürfələr əmələ gəlir, bağırsağın divarından aşağı boş venaya, daha sonra qaraciyərə və ağciyərə, oradan isə alveollara və bronxlara keçir. Ağciyərlərdən udlağa gəlir və udularaq mədə-bağırsaq sisteminə keçirlər. Nazik bağırsağa təkrar düşdükdən sonra 70-75 sutka ərzində yumurta əmələ gətirə biləcək səviyyədə yetişmiş parazit formasına keçirlər.
- Xüsusi hazırlıq tələb olunmur.
- Analizin axırıncı qida qəbulundan 4 saat sonra götürülməsi tövsiyə olunur.
İnsan immun sistemi spesifik əkscisimciklər istehsal edərək Askaridə reaksiya göstərir. İlkin olaraq , infeksiyadan sonra 1-2 həftə ərzində aşkar edilə bilən IgM istehsal olunur, sonra onların səviyyəsi müəyyən edilmiş dəyərlərdən aşağıya enir. IgM-dən sonra, IgG istehsalı başlayır, bu da yenidən yoluxmaya qarşı toxunulmazlıq yaradır. Ancaq bu toxunulmazlıq qeyri-sabitdir və 3 aydan sonra adətən IgG aşkar olunmur. Beləliklə, diaqnoz yalnız Ascaris lumbricoides, IgG titrinin təyin edilməsi əsasında qoyulmasa da (nəticələr xəstəlik tarixi və klinik simptomlarla birlikdə nəzərə alınmalıdır), erkən diaqnoz Askaridin fəsadları ortaya çıxmadan terapiyaya başlamağa imkan verir.
Bundan əlavə, bu analiz Askaridozun müalicəsinin effektivliyini qiymətləndirməyə kömək edir.
Yarımkəmiyyət testidir. Cavabın verilmə forması: müsbət, mənfi və ya şübhəli.
Müsbət nəticə:
Askaridoz, miqrasiyaedici mərhələ;
Mənfi nəticə:
Yoluxma yoxdur.
Şübhəli nəticə:
Müsbət və ya mənfi nəticəni təsdiqləmək mümkün olmur.