Opistorchis f. İgG

23 Azn

Opistorxoz – qaraciyərin, öd yollarının və pankreasın qurd xəstəliyidir. Xəstəlik insanlara pişik, tülkü, it və balıqlardan keçir. Yumurtalar heyvanların nəcisi qarışmış sudan da insanlara keçə bilir.
Sürfələr 2 həftə ərzində cinsi yetişkən opistorxilərə çevrilir, qaraciyər daxili və qaraciyər xarici öd yollarında və pankreasın axacağında parazitlik edir. Onlar axacaqların divarını zədələyir, ödün və pankreas şirəsinin axmasına maneçilik törədir. Parazit öd yollarında reseptorları qıcıqlandıraraq mədə, 12 barmaq bağırsaq, ürək-damar sistemininn funksuyasını pozur, öd yollarını hiperplaziyaya uğradır.
Simptomlar: xəstəlik ilk vaxtlar başgicəllənmə, əhval ruhiyyənin dəyişməsi, allergik səpgi ilə müşayət edilir. Xəstələrdə sağ qabırğaaltı nahiyədə və epiqastral nahiyədə ağrılar olur, qanda eozinofillər artır. Bəzən ağrılar tutmaşəkilli olur. Dəri və sklera saralır. Qara ciyər, öd və pakreasın ölçüləri böyüyür, funksiyaları pozulur, mədə turşuluğu artır, xroniki hepatit əlamtləri meydana çıxır.

Bir şəxs Opistorchis felineus ilə təmasda olduqda, immun sistemi IgM və IgG antitellər istehsal edərək reaksiya verir. IgG infeksiya anından 6-8 həftə sonra qanda görünür. Onların konsentrasiyası artır və 2-3 aydan sonra maksimuma çatır, uzun müddət müəyyən bir səviyyədə qalır.

  • Xüsusi hazırlıq tələb olunmur.
  • Analizin axırıncı qida qəbulundan 4 saat sonra götürülməsi tövsiyə olunur.
  • xəstədə qaraciyərin, öd kisəsinin və ya mədəaltı vəzinin zədələnməsi əlamətləri olduqda
  • epidemioloji göstəricilərə görə - endemik ərazilərdə yaşayanlar
  • yaxşı emal olunmamış sazan balıqlarının istifadəsi
  • yüksək risk qrupunda olan şəxslər (məs. balıqçılar).

Müsbət nəticə:

  • Kəskin opistorxoz.
  • Gizli opistorxoz.
  • Opistorxoz ilə əlaqəli ilkin qaraciyər xərçəngi.

Mənfi nəticə:

  • İnfeksiya yoxdur.
  • İmmunitet reaksiyası hələ inkişaf etmədikdə (infeksiyanın erkən mərhələsi)
  • Uzun müddətli xəstəlik (10 ildən çox).