Müayinələr
Müayinələr
Trixinella (lat. Trichinella spiralis) yumru qurdlar tipinin Nematodlar sinfinə aiddir.
Trixinelloz parazitin törətdiyi xəstəlikdir.
Dişi parazit 1-3,erkək parazit isə 1-2 mm uzunluqda olur.Parazitin cinsi yetişkən forması nazik bağırsağın selikli qişasında yaşayır. Erkək parazit dişini mayalandırdıqdan sonra ölür. Dişi trixinella 3-4 həftə,bəzən isə 4-5 həftə yaşayır. Parazitin sürfələri qan və limfa vasitəsilə orqanizmə yayılaraq əzələlərdə qalır və orada yaşayır. Parazitin ən qorxulu xüsusiyyəti onun kapsullaşıb 10-40 il müddətində orqanizmdə diri qala bilməsidir. Xəstəlik vəhşi heyvanlardan ev heyvanlarına, onlardan da insanlara yoluxur. Insan yaxşı bişirilməmiş xəstə heyvanın ətini yedikdə sağ qalmış sürfələr udulur. Nazik bağırsaqda sürfələr bağırsağın divarındakı limfa damarına daxil olurlar. Burada 2 sutka ərzində yetkin formaya çevrilib, çoxalırlar. Ölçüləri 4 mm-dək olan dişi qurdlar bağırsaqdakı limfa düyünlərində təxminən 2 ay yaşayırlar.
Bir yerdə cəmləşmiş sürfələrin miqdarından asılı olaraq, orqanlarda müxtəlif ölçüdə düyünlər-şişlər əmələ gəlir.
Xəstəlik kəskin və ya xroniki olur.
Kəskin trixinelloz zəhərlənmə və allergiya bənzər əlamətlərlə başlayır: öyümə, qusma, ishal,yüksək qızdırma, əzələ ağrıları, göz qapaqlarının, üzün və bədənin müxtəlif yerlərinin şişməsi, qarın ağrıları, səpgilər, qansızmalar, ürək zəyifliyi və s. Belə ağır vəziyyət 1-2 həftədən 5-6 həftəyədək davam edir.
Xroniki trixinelyoz illərlə davam edir. Xəstəliyin əlamətləri sürfələrin hansı orqanları daha çox zədələdiyindən və orqanizmin reaksiyasından asılıdır. Əksər xəstələrdə əzələ ağrıları olur.
mədə ağrısı,
ürəkbulanma,
ishal.
əzələ ağrısı,
hərarət, zəiflik,
şişlik (üzdə, xüsusən də göz ətrafında),
dırnaqların altında və ya gözətrafında qırmızı nöqtələr.
Müsbət nəticə:
Mənfi nəticə:
Müayinələr