Müayinələr
Müayinələr
Hepatit A virusu yoluxmuş qida və su vasitəsilə bir şəxsdən digərinə keçir. Həmçinin cinsi əlaqə zamanı yoluxma mümkündür. İlkin simptomlar 2-4 həftə ərzində əmələ gəlir, bu müddətdə xəstələnmiş şəxs yoluxucu hesab olunur və digər kontaktda olduğu insanları yoluxdura bilər.
HAV İgM hepatit A-ya yoluxma zamanı ilkin əmələ gələn antitelləri təyin edir. Kəskin hepatit simptomları olan xəstələrdə və yoluxmanın erkən mərhələsində diaqnostika üçün istifadə olunur.
Simptomlar:
Bəzi şəxslərdə və uşaqlarda hepatit A-ya yoluxma heç bir simptom olmadan və ya orta ağır simptomlarla keçir və çox zaman “qrip” “soyuqdəymə” ilə qarışıq salınır.
Neqativ nəticələr
Viral hepatit A-ya qarşı əkscisimciklər yoxdur (aktiv formalaşmış immunitet yoxdur)
Pozitiv nəticə
Bir insanın keçmişdə infeksiyaya məruz qalmasına cavab olaraq və ya peyvənd olunduqdan sonra yaranmış viral hepatitə qarşı əkscisimlrə vardır. Bu o deməkdir ki, orqanizm bu infeksiyaya qarşı immunitetə malikdir.
Müayinələr