Müayinələr
Müayinələr
Hepatit A virusu yoluxmuş qida və su vasitəsilə bir şəxsdən digərinə keçir. Həmçinin cinsi əlaqə zamanı yoluxma mümkündür. İlkin simptomlar 2-4 həftə ərzində əmələ gəlir, bu müddətdə xəstələnmiş şəxs yoluxucu hesab olunur və digər kontaktda olduğu insanları yoluxdura bilər.
HAV İgM hepatit A-ya yoluxma zamanı ilkin əmələ gələn antitelləri təyin edir. Kəskin hepatit simptomları olan xəstələrdə və yoluxmanın erkən mərhələsində diaqnostika üçün istifadə olunur.
Simptomlar:
Bəzi şəxslərdə və uşaqlarda hepatit A-ya yoluxma heç bir simptom olmadan və ya orta ağır simptomlarla keçir və çox zaman “qrip” “soyuqdəymə” ilə qarışıq salınır.
Əgər şəxs Hepatit A virusu olan mühitdə olmuşsa simptomlardan asılı olmadan HAV İgM yoxlanması tövsiyə olunur.
Mənfi nəticə
Müsbət nəticə
Müayinələr