Hepatit B, Hepatit B virusunun (HBV) səbəb olduğu ciddi qaraciyər infeksiyasıdır. Hepatit B infeksiyası bəzi şəxslərdə xroniki hala keçə. Hepatit B virusu olan insanların qaraciyər çatışmazlığı, qaraciyər xərçəngi və serroz riski daha yüksəkdir. Bu xəstəlik qaraciyərdə qalıcı zədəyə səbəb ola bilir.
Əlamətləri şiddətli olsa da Hepatit B li şəxslərin erkən diaqnoz və müalicə ilə qalıcı olaraq sağalması mümkündür. Körpələrdə və uşaqlarda isə xroniki Hepatit B infeksiyasına rast gəlinir.
Hepatit B peyvəndi Hepatit B infeksiyasından qoruyur, ancaq insan Hepatit B virusunu daşıyırsa və virusun qaraciyərdə çoxalmasının qarşısı alına bilmirsə, bu vəziyyətdə tam bir müalicə yoxdur. Hepatit B Virusunu daşıyan şəxs, müəyyən tədbirlər görərək virusun başqalarına yayılmasının qarşısını ala bilər və mütəmadi müayinələrə gedərək həkim tərəfindən virusun çoxalmasını izləyə bilər. Son illərdə artan dərman variantları ilə müalicə olunan və ya virusun çoxalması dayandırılan xəstələrin sayı artmışdır. Bu vəziyyətdə olan bəzi xəstələrdə nadir hallarda olsa da qoruyucu əkscisimlərin formalaşması, başqa sözlə immunitet inkişaf edə bilər.
HBsAg hepatit B virusunun səthi antigenidir. Ona qarşı antitellər, yəni anti-HBs yoluxmadan 4-12 həftə sonra yaranmağa başlayır. Onların titri ləng olaraq artır, 6-12 ay sonra maksimuma çatır. 5 ildən çox müddətə xeyli miqdarda qanda aşkarlanır.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Xüsusi bir hazırlıq tələb olunmur.
- Xroniki hepatit B-nin kontrolu üçün (digər hepatit b markerləri ilə birlikdə)
- Hepatit B virusunun keçirilməsinin və infeksiya sonrası immunitetin aşkarlanması üçün
- Vaksinasiyanın effektini və vaksin sonrası immuniteti təyin etmək üçün
- Hepatit B yoluxma riski olan şəxslərin vaksinasiyaya görə aşkarlanması üçün
- Yüksək yoluxma riski olan şəxslərə immunoqlobulin təyin edilməsi üçün
Yüksək nəticə
- Hepatit B-yə qarşı uğurlu vaksinasiya
- Kəski Hepatit B – sağalma mərhələsi
- Xroniki Hepatit B
Referens daxilində
- Vaksinasiya effekti alınmayıb
- Hepatit B infeksiyası keçirilməyib
- Kəskin hepatit B istisna oluna bilməz – inkubasiya və ya kəskin mərhələ
- Xroniki hepatit B istisna oluna bilməz
- Aşağı replikasiyalı Hbs antigeninin daşıyıcılığı istisna oluna bilməz