HBV DNT (keyfiyyət)

62 Azn

Qan zərdabında hepatit B virusunun polimeraza zəncirvari reaksiya (PZR) vasitəsi ilə təyin etdikdə təyin olunan fraqment hepatit B virusunun spesifik sahəsidir. Müayinənin spesifikliyi 100%-dir.

Hepatit B virusunun qanda təyini və virus yükünün müəyyənləşdirilməsi üçün aparılan analizdir. Hepatit B qaraciyərin infeksion xəstəliyidir. Kəskin və xroniki hepatitlərin əsas yaranma səbəblərindən biridir. Hesab edilir ki, bütün dünyada 350 milyon insan hepatit B virusuna yoluxmuşdur və hər il dünyada 620 min insan hepatit B ilə bağlı ağırlaşmalardan həyatını itirir.

Xəstəliyin inkubasion dövrü 4 həftədən 6 ayadəkdir.  Hepatitin əsas əlamətləri: dəri örtüklərinin saralması, qızdırma, ürəkbulanma, tez yorulmadır.  Laboratoranalizlərdə qaraciyərin funksiyasının pozulması və hepatit B antigeni müşahidə olunur. Xroniki hepatit B sirroz və qaraciyər xərçənginin inkişafı ilə assosiasiya olunur.

Hepatit B-yə qarşı peyvənd mövcuddur.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Xüsusi bir hazırlıq tələb olunmur.
  • Qan zərdabında hepatit B virusunun DNT təyini üçün müsbət keyfiyyət testi
  • Virus yüklənməsinin təyini
  • Pasiyentin müalicə taktikasının müəyyən edilməsi
  • Müalicənin effektivliyinin dəqiq qiymətləndirilməsi

Müayinənin nəticəsi  “müəyyən edildi” və ya “müəyyən edilmədi” kimi göstərilir.

“Müəyyən edildi”: analiz olunan bioloji materialda hepatit B virusu üçün spesifik olan DNT fraqmenti müəyyən edilir.

“Müəyyən edilmədi”: analiz olunan bioloji materialda hepatit B virusu üçün spesifik olan DNT fraqmenti müəyyən edilmir.