Müayinələr
Müayinələr
Hepatit B virusunun qanda təyini və virus yükünün müəyyənləşdirilməsi üçün aparılan analizdir. Hepatit B qaraciyərin infeksion xəstəliyidir. Kəskin və xroniki hepatitlərin əsas yaranma səbəblərindən biridir. Hesab edilir ki, bütün dünyada 350 milyon insan hepatit B virusuna yoluxmuşdur və hər il dünyada 620 min insan hepatit B ilə bağlı ağırlaşmalardan həyatını itirir.
Xəstəliyin inkubasion dövrü 4 həftədən 6 ayadəkdir. Hepatitin əsas əlamətləri: dəri örtüklərinin saralması, qızdırma, ürəkbulanma, tez yorulmadır. Laboratoranalizlərdə qaraciyərin funksiyasının pozulması və hepatit B antigeni müşahidə olunur. Xroniki hepatit B sirroz və qaraciyər xərçənginin inkişafı ilə assosiasiya olunur.
Hepatit B-yə qarşı peyvənd mövcuddur.
Müayinələr