HBV DNT (virus yükü)

95 Azn

Hepatit B virusunun qanda təyini və virus yükünün müəyyənləşdirilməsi üçün aparılan analizdir. Hepatit B qaraciyərin infeksion xəstəliyidir. Kəskin və xroniki hepatitlərin əsas yaranma səbəblərindən biridir. Hesab edilir ki, bütün dünyada 350 milyon insan hepatit B virusuna yoluxmuşdur və hər il dünyada 620 min insan hepatit B ilə bağlı ağırlaşmalardan həyatını itirir.

Xəstəliyin inkubasion dövrü 4 həftədən 6 ayadəkdir.  Hepatitin əsas əlamətləri: dəri örtüklərinin saralması, qızdırma, ürəkbulanma, tez yorulmadır.  Laboratoranalizlərdə qaraciyərin funksiyasının pozulması və hepatit B antigeni müşahidə olunur. Xroniki hepatit B sirroz və qaraciyər xərçənginin inkişafı ilə assosiasiya olunur.

Hepatit B-yə qarşı peyvənd mövcuddur.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Xüsusi bir hazırlıq tələb olunmur.
  • Hepatit B DNTsi aşkarlandıqda
  • Kəskin və xroniki hepatit B zamanı
  • Qarışıq hepatitlərdə
  • Antivirus müalicəsindən əvvəl və müalicə zamanı
  • Virus aşkarlanmadığı və ya miqdarı analitik həssaslıqdan aşağı olduğuzaman “təyin edilmədi” qeyd olunur.
  • Titr səviyyəsi Hepatitin virus yükünə uyğun olaraq dəyişir.