Anti-HCV (ekspress)

15 Azn

Hepatit C virus xəstəliyidir, qaraciyərin zədələnməsi və autoimmun dəyişikliklərlə xarakterizə olunur.  Viral hepatit adətən asimptomatik olur və əksər hallarda diaqnoz qoyulmur. Yoluxmuşların yalnız 15%-də xəstəlik kəskin xarakter daşıyır, ürəkbulanma, bədən ağrıları, iştahsızlıq və arıqlama, nadir hallarda sarılıq ilə müşayiət olunur. İnfeksiyaya yoluxanların 60-85%-də xroniki infeksiya inkişaf edir və ancaq xroniki hepatiti izləmək mümkün olur. Xəstəliyin sonrakı gedişi qaraciyər sirrozu ilə nəticələnir. Hepatit C virusu (HCV) qan vasitəsilə, cinsi yolla, bioloji parenteral maye vasitəsi ilə və transplasentar yolla yayılır. Xəstəliyə ən çox tibb işçiləri, hemodializ xəstələri, qeyri-düzgün cinsi əlaqədə olanlar, həmçinin damardaxili narkomaniya ilə məşğul olanlar yoluxurlar.

  • Xüsusi hazırlıq tələb olunmur.
  • Qanın götürülməsi axırıncı qida qəbulundan 4 saat keçdikdən sonra tövsiyə olunur.
  • Müvafiq olaraq müayinəni virusa yoluxduqdan 6 həftə sonra götürmək tövsiyə olunur.
  • ALT və AST miqdarının yüksəlməsi
  • Cərrahi müdaxiləyə hazırlıq
  • Parenteral manipulyasiya
  • Hamiləliyə hazırlıq
  • Virus hepatitinin kliniki göstəriciləri
  • Qorunmasız cinsi əlaqələr, cinsi partnyorların tez-tez dəyişdirilməsi
  • Damardaxili narkomaniya
  • Xolestaz

Müsbət nəticə:

  • Kəskin və ya xroniki viral Hepatit C 
  • Hepatit C-dən sonra rekonvalesensiya dövrü. Kəskin və xroniki hepatiti eyni zamanda hepatit və rekonvalesensiya dövrünü fərqləndirmək olmur.

Mənfi nəticə:

  • Hepatit C müəyyən edilməyib
  • Hepatit C üçün inkubasiya dövrünün ilk 4-6 həftəsi
  • Hepatit C, seroneqativ forma