Anti-HCV total

25 Azn

Hepatit C virus xəstəliyidir, qaraciyərin zədələnməsi və autoimmun dəyişikliklərlə xarakterizə olunur. Xəstəliyin bəzən əlamətləri müşahidə olunmur, ancaq xroniki hepatiti izləmək mümkündür. Xəstəliyin sonrakı gedişi qaraciyər sirrozu ilə nəticələnir. Hepatit C virusu (HCV) qan vasitəsilə, cinsi yolla, bioloji parenteral maye vasitəsi ilə və transplasentar yolla yayılır. Xəstəliyə ən çox tibb işçiləri, hemodiALiz xəstələri, qeyri-düzgün cinsi əlaqədə olanlar, həmçinin damardaxili narkomaniya ilə məşğul olanlar yoluxurlar.

Xüsusi hazırlıq tələb olunmur. Qanın götürülməsi axırıncı qida qəbulundan 4 saat keçdikdən sonra tövsiyə olunur. Müvafiq olaraq müayinəni virusa yoluxduqdan 6həftə sonra götürmək tövsiyə olunur.

  • ALT və AST miqdarının yüksəlməsi
  • Cərrahi müdaxiləyə hazırlıq
  • Parenteral manipulyasiya
  • Hamiləliyə hazırlıq
  • Virus hepatitinin kliniki göstəriciləri
  • Qorunmasız cinsi əlaqələr, cinsi partnyorların tez-tez dəyişdirilməsi
  • Damardaxili narkomaniya
  • Xolestaz

Müsbət nəticə:

  • Hepatit C və ya hepatit C-dən sonra rekonvalesensiya dövrü. Kəskin və xroniki hepatiti eyni zamanda hepatit və rekonvalesensiya dövrünü fərqləndirmək olmur.

Mənfi nəticə:

  • Hepatit C müəyyən edilməyib
  • Hepatit C üçün inkubasiya dövrünün ilk 4-6 həftəsi
  • Hepatit C, seroneqativ forma