Müayinələr
Müayinələr
Hepatit E, hepatit E virusu (HEV) tərəfindən yaranan bir qaraciyər xəstəliyidir. Bu kiçik virus tək qatlı ribonükleik turşusuna (RNT) malikdir. Virusun ən azı 4 müxtəlif növü vardır: genotip 1, 2, 3 və 4. 1-ci və 2-ci genotiplər yalnız insanlarda aşkar edilmişdir. 3-cü və 4-cü genotiplər isə hər hansı bir xəstəliyə yol açmadan bir sıra heyvanlarda (donuzlar, çöl donuzlarıları və maral daxil olmaqla) görülür və bəzən insanlara yoluxur.
Virus yoluxmuş şəxslərin nəcisi vasitəsi ilə ətraf mühitə düşür və digər insan bədəninə daxil olur. HEV-a qarşı IgG infeksiyadan 4-6 həftə sonra istehsal olunmağa başlayır, sürətlə maksimuma çatır.
Yoluxma
Hepatit E virusu əsasən içməli suyun fekal çirklənməsi nəticəsində fekal-oral yol ilə yoluxur. Bu yolla yoluxma klinik halların çox böyük hissəsini təşkil edir.
Digər ötürmə yolları az hallarda rast gəlinir:
-Yoluxmuş heyvan ətindən hazırlanmış ət və ət məhsullarının tam bişirilməməsi;
-Yoluxmuş qan köçürülməsi
-Hamilə qadından dölə ötürülmə.
Virusun inkubasiya dövrü 2-10 həftə arasında dəyişir, ortalama 5-6 həftədir. Daha çox 15-40 yaş arası əhalidə yoluxma qeyd olunur.
Əsas simptomları bunlardır:
Bu simptomlar adətən 1-6 həftə davam edir.
Nadir hallarda kəskin hepatit E ağırlaşa bilir və fulminant hepatit (kəskin qaraciyər çatışmazlığı) ilə nəticələnir. Hepatit E, xüsusilə də ikinci və ya üçüncü trimestrdə olan hamilə qadınlarda eklampsiyaya,kəskin qaraciyər və böyrək çatışmazlığına,dölün ya da ananın ölümünə səbəb ola bilir.
Göstərişlər:
Müsbət nəticə:
Mənfi nəticə:
Müayinələr