Hepatit E, hepatit E virusu (HEV) tərəfindən yaranan bir qaraciyər xəstəliyidir. Bu kiçik virus tək qatlı ribonükleik turşusuna (RNT) malikdir. Virusun ən azı 4 müxtəlif növü vardır: genotip 1, 2, 3 və 4. 1-ci və 2-ci genotiplər yalnız insanlarda aşkar edilmişdir. 3-cü və 4-cü genotiplər isə hər hansı bir xəstəliyə yol açmadan bir sıra heyvanlarda (donuzlar, çöl donuzlarıları və maral daxil olmaqla) görülür və bəzən insanlara yoluxur.
Virus yoluxmuş şəxslərin nəcisi vasitəsi ilə ətraf mühitə düşür və digər insan bədəninə daxil olur. HEV-a qarşı IgG infeksiyadan 4-6 həftə sonra istehsal olunmağa başlayır, sürətlə maksimuma çatır.
Yoluxma
Hepatit E virusu əsasən içməli suyun fekal çirklənməsi nəticəsində fekal-oral yol ilə yoluxur. Bu yolla yoluxma klinik halların çox böyük hissəsini təşkil edir.
Digər ötürmə yolları az hallarda rast gəlinir:
-Yoluxmuş heyvan ətindən hazırlanmış ət və ət məhsullarının tam bişirilməməsi;
-Yoluxmuş qan köçürülməsi
-Hamilə qadından dölə ötürülmə.
Simptomları:
Virusun inkubasiya dövrü 2-10 həftə arasında dəyişir, ortalama 5-6 həftədir. Daha çox 15-40 yaş arası əhalidə yoluxma qeyd olunur.
Əsas simptomları bunlardır:
- Xəstəliyin erkən fazasında yüngül qızdırma, iştahanın itməsi, ürəkbulanma və qusma. Bəzi şəxslərdə qarın nahiyəsində ağrı, qaşınma, səpgilər və oynaq ağrıları da müşahidə olunur.
- Sarılıq (dərinin və gözün sklerasının saralması), sidiyin rənginin tündləşməsi, nəcisin isə əksinə rənginin açıq olması.
- Qaraciyərin böyüməsi (hepatomeqaliya)
Bu simptomlar adətən 1-6 həftə davam edir.
Nadir hallarda kəskin hepatit E ağırlaşa bilir və fulminant hepatit (kəskin qaraciyər çatışmazlığı) ilə nəticələnir. Hepatit E, xüsusilə də ikinci və ya üçüncü trimestrdə olan hamilə qadınlarda eklampsiyaya,kəskin qaraciyər və böyrək çatışmazlığına,dölün ya da ananın ölümünə səbəb ola bilir.
- Analiz dirsək venasından götürülən qan nümunəsində yoxlanılır,
- Müayinəyə xüsusi bir hazırlıq tələb olunmur.
- Hepatit E simptomları olduqda (tünd sidik və ya açıq rəngli nəcis, iştahsızlıq, ürəkbulanma, qusma, qızdırma).
- Sarılığın başlanğıcından sonra xəstənin vəziyyətinin pisləşməsi
- Hepatit A ilə differensial diaqnoz.
- Qaraciyər fermentlərinin səviyyəsinin birlikdə və ya ayrı-ayrı artması: bilirubin, ALT, AST, qələvi fosfataz, GGT.
- Viral hepatit E üçün endemik sayılan, pis gigiyena şəraiti olan ərazilərdə olmaq.
- Hamilə qadınlarda preeklampsiya şübhəsi ilə.
- Peyvəndin effektivliyinin qiymətləndirilməsi.
- Hepatit E simptomları olduqda (tünd sidik və ya açıq rəngli nəcis, iştahsızlıq, ürəkbulanma, qusma, qızdırma).
- Sarılığın başlanğıcından sonra xəstənin vəziyyətinin pisləşməsi
- Hepatit A ilə differensial diaqnoz.
- Qaraciyər fermentlərinin səviyyəsinin birlikdə və ya ayrı-ayrı artması: bilirubin, ALT, AST, qələvi fosfataz, GGT.
- Viral hepatit E üçün endemik sayılan, pis gigiyena şəraiti olan ərazilərdə olmaq.
- Hamilə qadınlarda preeklampsiya şübhəsi ilə.
- Peyvəndin effektivliyinin qiymətləndirilməsi.
- hepatit E-nin kəskin mərhələsi (çox güman ki, infeksiya 2 aydan çox olmayaraq baş verib).
- hepatit E-nin kəskin mərhələsi;
- keçirilmiş hepatit E;
- hepatit E peyvəndi.
Anti-HEV total müsbət olduğu halda cari və ya keçirilmiş infeskiyanı fərqləndirmək üçün müvafiq olaraq IgM və IgG analzilərini vermək tövsiyyə olunur.