Müayinələr
Müayinələr
Sadə herpes virusu I və II herpes virusları arasında ən çox rast gəlinənidir. İmmunoqlobulin G herpes virus infeksiyasının indikatorudur. Sadə Herpes virusu yoluxucudur və selikli qişalarda kiçik vezikulların formalaşmasına səbəb olur. Vezikullar partladıqda yerində açıq yaralar əmələ gəlir. HSV-1 zamanı vezikullar əsasən ağız ətrafında, HSV-2 zamanı isə cinsi orqanlar ətrafında formalaşır.
Sadə herpes virusu ilə dəri təması, vezikulalarla kontakt və bəzən hətta virusla görünən zədələnmə ocaqları olmadan da yoluxmaq olar. HSV-2 əsasən cinsi yolla yoluxur, lakin HSV-1 də cinsi yolla keçə bilər( məsələn oral cinsi əlaqə zamanı). Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatlara əsasən yetkin əhalinin 50-80%-i HSV-1, 20%-i isə HSV-2 ilə yoluxmuşdur. Simptomlar çox nəzərə çarpmadığı üçün HSV-2 ilə yoluxan insanların 90%-i yoluxduğunu ümumiyyətlə yoluxduğundan məlumatsız olur.
Virus orqanizmə daxil olub yayıldıqdan sonra latent formada olur. Stress və immuniteti zəiflədən digər xəstəliklər zamanı aktivləşir. Herpesin ağırlaşmalarına ensefalit, nevroloji xəstəliklər aiddir.
Müayinələr