Sadə herpes virusu I və II herpes virusları arasında ən çox rast gəlinənidir. İmmunolqobulin M herpes virus infeksiyasının indikatorudur. Sadə Herpes virusu yoluxucudur və selikli qişalarda kiçik vezikulların formalaşmasına səbəb olur. Vezikullar partladıqda yerində açıq yaralar əmələ gəlir. HSV-1 zamanı vezikullar əsasən ağız ətrafında, HSV-2 zamanı isə cinsi orqanlar ətrafında formalaşır.
Sadə herpes virusu ilə dəri təması, vezikulalarla kontakt və bəzən hətta virusla görünən zədələnmə ocaqları olmadan da yoluxmaq olar. HSV-2 əsasən cinsi yolla yoluxur, lakin HSV-1 də cinsi yolla keçə bilər( məsələn oral cinsi əlaqə zamanı). Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatlara əsasən yetkin əhalinin 50-80%-i HSV-1, 20%-i isə HSV-2 ilə yoluxmuşdur. Simptomlar çox nəzərə çarpmadığı üçün HSV-2 ilə yoluxan insanların 90%-i yoluxduğunu ümumiyyətlə yoluxduğundan məlumatsız olur.
Virus orqanizmə daxil olub yayıldıqdan sonra latent formada olur. Stress və immuniteti zəiflədən digər xəstəliklər zamanı aktivləşir. Herpesin ağırlaşmalarına ensefalit, nevroloji xəstəliklər aiddir.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Analiz üçün xüsusi bir hazırlıq tələb olunmur
- Herpetik lezyonların (xoralar, selikli qişada vezikullar) və ya yenidoğulmuş herpes əlamətlərinin diaqnozunu təsdiqləyən köməkçi analiz olaraq.
- Bəzi insan qruplarını, məsələn, aktiv cinsi əlaqədə olanları, potensial AİDS virusunu qəbul edənləri və ya əvvəllər HSV infeksiyası ilə təmasda olanları yoxlamaq üçün.
- İnfeksiyanın diaqnozu və təqibində.
- HSV infeksiyası olan xəstələrlə təmasda olan insanlar müayinə edilərkən.
- Hamiləliyin hazırlanması və monitorinqi.
Müsbət nəticə
- Aktiv infeksiya
Şübhəli nəticə
Nəticədə göstərici birmənalı olaraq şərh edilə bilməz, çünki bu qədər miqdarda əkscisim həm xəstəlik zamanı , həm də olmadıqda mövcud ola bilər. Bu vəziyyətdə analizi bir neçə həftədən sonra təkrarlamaq və nəticəni əvvəlki ilə müqayisə etmək tövsiyə olunur. Nəticə müsbətdirsə, bu, aktiv bir infeksiya formasının təsdiqidir.
Mənfi nəticə
Kəskin herpes viral infeksiya ehtimalının az olduğunu göstərir. Bununla birlikdə, analiz infeksiyadan dərhal sonra, bədənin kifayət qədər əkscisim istehsal etmədiyi zaman aparılırsa, nəticə yanlış neqativ ola bilər.