Sadə herpes virusu I və II herpes virusları arasında ən çox rast gəlinənidir. İmmunolqobulin Gherpes virus infeksiyasının indikatorudur. Sadə Herpes virusu yoluxucudur və selikli qişalarda kiçik vezikulların formalaşmasına səbəb olur. Vezikullar partladıqda yerində açıq yaralar əmələ gəlir. HSV-1 zamanı vezikullar əsasən ağız ətrafında, HSV-2 zamanı isə cinsi orqanlar ətrafında formalaşır.
Sadə herpes virusu ilə dəri təması, vezikulalarla kontakt və bəzən hətta virusla görünən zədələnmə ocaqları olmadan da yoluxmaq olar. HSV-2 əsasən cinsi yolla yoluxur, lakin HSV-1 də cinsi yolla keçə bilər( məsələn oral cinsi əlaqə zamanı). Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatlara əsasən yetkin əhalinin 50-80%-i HSV-1, 20%-i isə HSV-2 ilə yoluxmuşdur. Simptomlar çox nəzərə çarpmadığı üçün HSV-2 ilə yoluxan insanların 90%-i yoluxduğunu ümumiyyətlə yoluxduğundan məlumatsız olur.
Virus orqanizmə daxil olub yayıldıqdan sonra latent formada olur. Stress və immuniteti zəiflədən digər xəstəliklər zamanı aktivləşir. Herpesin ağırlaşmalarına ensefalit, nevroloji xəstəliklər aiddir.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Analiz üçün xüsusi bir hazırlıq tələb olunmur
- Diaqnozu herpetik lezyonlar (xoralar, selikli qişada vezikullar) və ya herpes əlamətləri ilə yenidoğulmuşun diaqnozunu dəqiqləşdirmək üçün
- Bəzi insan qruplarını, məsələn, aktiv cinsi əlaqədə olanları, potensial AİDS virusunu qəbul edənləri və ya əvvəllər HSV infeksiyası ilə təmasda olanları yoxlamaq üçün.
- Hamiləliyə hazırlanması və monitorinqi zamanı.
- Müsbət nəticə, aktiv və ya keçmiş herpes virusu infeksiyasını göstərən HSV-1 -ə qarşı IgG əkscisimciklərinin olması deməkdir.
- Mənfi nəticə kəskin herpes virusuna yoluxma ehtimalının aşağı olduğunu və bədənin əvvəllər herpes simplex virusu ilə təmasda olmadığını göstərir. Bununla birlikdə, infeksiyadan dərhal sonra, kifayət qədər əkscisim hələ inkişaf etmədikdə, nəticə yanlış-mənfi ola bilər. Bu vəziyyətdə əlavə bir IgM analizi verərək və ya bir neçə həftədən sonra IgG üçün yenidən test etmək tövsiyə olunur.