Avidlik indeksi ilkin yoluxmanın başverdiyi vaxtı təyin etmək üçün istifadə olunur. Bu analiz ilkin əmələ gələn antitellərin müəyyən qrupunun antigenə daha güclü, sonradan yaranan antitellərin isə daha zəif bağlanmasına əsaslanır. İndeksin kiçik olması yoluxmanın yaxın zamanda başverdiyini, indeksin böyük olması isə yoluxmadan uzun müddət keçdiyini bildirir.
Əksərən TORCH kompleksinə daxil olan infeksiyalar üçün təyin olunur.
- Toxoplasma İgG avidlik
- Rubella İgG avidlik
- CMV İgG avidlik
- Herpes II İgG avidlik
- Herpes IV (EBV) İgG avidlik
Bu infeksiyaların kliniki simptomları özünü müxtəlif dərəcədə göstərə bilir, bir çox hallarda infeksiya subklinik olaraq keçir və yalnız laborator müayinələr vasitəsilə diaqnoz qoyulur. TORCH-kompleksə daxil olan infeksiyalara hamiləlik dövründə yoluxma döl üçün çox ağır nəticələrə gətirə bilər. Buna görə də avidliyin yoxlanması hamiləlik planlaşdırılmasında çox əhəmiyyətlidir.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Analiz üçün xüsusi bir hazırlıq tələb olunmur
- Hamiləlik planlaşdırılması və hamilələrin skrinqi
- İnfeksiyaya yoluxma vaxtının təyini
Artma səbəbləri:
- Aşağı avidlikli IgG sinif əkscisimciklərinin aşkarlanması tədqiqatdan üç-dörd aydan az müddətə Herpes 2 ilə yoluxma olduğunu, böyük nisbətdə birincil infeksiyanın olduğunu göstərir;
- Yüksək avidlikli IgG əkscisimciklərinin aşkar edilməsi, tədqiqatdan üç-dörd ay əvvəl və ya daha çox müddətdə Herpes 2 ilə yoluxma olduğunu , ilkin infeksiyanın olmamasını göstərir;
- Həyatın ilk altı ayında yeni doğulmuş körpələrdə Herpes 2 üçün ana IgG antikorlarının aşkarlanması.
Aşağı düşmə səbəbi
- Herpes 2patogeninə yoluxma olmaması;
- İmmun çatışmazlığı vəziyyəti olan şəxslərdə, transplantasiya sonrası xəstələrdə, HİV infeksiyasında immunitetin olmaması və ya azalması;
- Test nəticəsi mənfi olsa da, kəskin Herpes infeksiyasından şübhələnilirsə, iki həftədən sonra yenidən test aparılması məsləhət görülür.