Anti-Borrelia IgM

0 Azn

Laym xəstəliyi və ya Laym borreliozu, gənələr tərəfindən yayılan yoluxucu xəstəlikdir. Xəstələrin 90%-dən çoxunda 3-32 gün (orta 8 gün) inkubasiya dövründən sonra gənənin dişlədiyi nahiyədə eritema miqrantları inkişaf edir. Bu eritema adətən qırmızımtıl makula və ya papula şəklində başlayır və yavaş-yavaş mərkəzdənqaçma ilə geniş halqaya çevrilir. Borrelia dəridən digər orqanlara sürətlə yayılır, çoxalır, daşıyıcı hüceyrələri məhv edir və həmin hüceyrənin membranı ilə qidalanır. Yoluxmadan sonra bir neçə gün və ya bir neçə həftə ərzində Borrelia qanla, onurğa-beyin mayesi ilə, miokard əzələsi ilə, gözün torlu qişası ilə, əzələ, sümük, dalaq, qaraciyər, beynin yumşaq toxumaları və beyinlə qidalanır.  Diaqnozun qoyulması üç faktora əsaslanır: Borreliya bakteriyaları olan gənə tərəfindən dişlənilməyə məruz qalma, klinik olaraq əldə edilən məlumatlar və laborator analizlər.

IgM infeksiyadan bir neçə gün sonra qanda ilk olaraq görünür. Lakin onlar adətən daha gec (2-3 həftədən sonra) müəyyən edilə bilər. Təxminən 6 həftədən sonra antitellərin konsentrasiyası maksimuma çatır və sonra tədricən azalır.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Müayinədən 30 dəqiqə əvvəl siqaret çəkməyin.

Test bir şəxsdə gənə borreliozunun simptomları olduqda aparılır. Erkən mərhələlərdə ola bilər:

  • eritema
  • qızdırma, titrəmə
  • baş ağrısı
  • yorğunluq
  • ürəkbulanma

Sonrakı mərhələlərdə borreliozun simptomları:

  • oynaqlarda, sümüklərdə və əzələlərdə aralıq ağrı
  • meningit
  • üz sinirinin iflici
  • yaddaş pozğunluqları
  • gözlərin və ürəyin zədələnməsi (nadir hallarda).

Gənə ilə ötürülən borreliozun diaqnozunu təsdiqləmək üçün.

Gənə ilə ötürülən borreliozun müalicəsinin effektivliyini izləmək.

Müsbət nəticə:

  • B. burgdorferi infeksiyası