Mycoplasma pneumoniae antigeninə spesifik A sinif anticismdir. Hal-hazırki infeksiyaya qarşı markerdir.
Mycoplasma pneumoniae-hüceyrə divarı olmayan kiçik bakteriyadır. Pnevmoniyanın ən tez-tez rast gəlinən törədicisidir. Mikoplazmaların törətdikləri pnevmoniyalar həm bakterial, həm də virus mənşəli pnevmoniyaların əlamətlərini birləşdirir. Lakin bu əlamətlər daha mülayim olur və daha gec inkişaf edir. Mikoplazma pnevmoniyaları məktəb yaşlı uşaqlar və gənclər arasında daha çox rast gəlinir, antibiotiklərlə müalicəyə həssasdırlar. Lakin quru öskürək və zəiflik bir müddət davam edə bilər İnkubasion dövrü 1-4 həftədir. Simptomları :
- burun axması
- temperatur
- halsızlıq
- öskürək
- boğaz ağrısı
- baş ağrısı.
MP-in səbəb olduğu tənəffüs yolu infeksiyaları adətən 2-3 həftə davam edir. Bir aydan çox davam edən uzanmış simptomlar xəstələrin təxminən 10%-də rast gəlinir.
- Xüsusi hazırlıq tələb olunmur.
- Qida qəbulundan 4 saat sonra qan götürülməsi tövsiyə olunur.
- Mycoplasma pneumoniae səbəb olduğu cari xəstəliyi (yenidən infeksiya daxil olmaqla) təsdiqləmək üçün.
- Mikoplazmal pnevmoniyanın tənəffüs yollarının digər yoluxucu xəstəliklərindən, məsələn, streptokokların və ya stafilokokların səbəb olduğu pnevmoniyadan differensial diaqnostikası üçün.
- Tez-tez residivlərlə özünü göstərən Mycoplasma pneumoniae infeksiyasının xroniki formasından şübhələnirsinizsə.
- Mikoplazmanın səbəb olduğu xəstəliyin əlamətləri olduqda:
- bir neçə həftə davam edən öskürək
- qızdırma
- boğaz ağrısı
- baş ağrıları və əzələ ağrısı.
Müsbət nəticə:
- Cari mikoplazma infeksiyası,
- Xroniki mikoplazma infeksiyası,
- Mycoplasma pneumoniae ilə təkrar infeksiya (IgM olmadıqda).
Mənfi nəticə:
- infeksiya yoxdur
- infeksiyanın çox erkən, immun reaksiyanın inkişaf etmədiyi dövrü.