pnevmoniyaların əlamətlərini birləşdirir. Lakin bu əlamətlər daha mülayim olur və daha gec inkişaf edir. Mikoplazma pnevmoniyaları məktəb yaşlı uşaqlar və gənclər arasında daha çox rast gəlinir, antibiotiklərlə müalicəyə həssasdırlar. Lakin quru öskürək və zəiflik bir müddət davam edə bilər İnkubasion dövrü 1-4 həftədir. Simptomları :
- burun axması
- temperatur
- halsızlıq
- öskürək
- boğaz ağrısı
- baş ağrısı.
MP-in səbəb olduğu tənəffüs yolu infeksiyaları adətən 2-3 həftə davam edir. Bir aydan çox davam edən uzanmış simptomlar xəstələrin təxminən 10%-də rast gəlinir.
IgG antitellərinin sintezi infeksiyadan təxminən 2-4 həftə sonra başlayır və onlar qanda təxminən bir il qalır.
- Xüsusi hazırlıq tələb olunmur.
- Qida qəbulundan 4 saat sonra qan götürülməsi tövsiyə olunur.
- Mikoplazma pnevmoniya və tənəffüs yollarının digər yoluxucu xəstəliklərinin, məsələn, streptokokların və ya stafilokokların səbəb olduğu pnevmoniyaların differensial diaqnozu üçün.
- Tənəffüs yollarının xroniki iltihabi xəstəliklərində mikoplazma infeksiyasının diaqnozu üçün.
- Mikoplazmanın səbəb olduğu xəstəliyin əlamətləri olduqda
- bir neçə həftə davam edən öskürək
- qızdırma
- boğaz ağrısı
- baş ağrıları və əzələ ağrısı.
Müsbət nəticə:
- keçirilmiş mikoplazma infeksiyası
- xroniki mikoplazma infeksiyası
- Mycoplasma pneumoniae ilə təkrar infeksiya (IgM olmadıqda).
Mənfi nəticə:
- infeksiya yoxdur
- infeksiyanın çox erkən, immun reaksiyanın inkişaf etmədiyi dövrü.