Müayinələr
Müayinələr
Mycoplasma pneumoniae törədicisinə qarşı yaranan IgM anticisimləri xəstəliyin aşkar klinik təzahürləri dövründə insan orqanizmində istehsal olunan spesifik immunoqlobulinlərdir və bu xəstəliyin ən erkən markeridir.
Mycoplasma pneumoniae-hüceyrə divarı olmayan kiçik bakteriyadır. Pnevmoniyanın ən tez-tez rast gəlinən törədicisidir. Mikoplazmaların törətdikləri pnevmoniyalar həm bakterial, həm də virus mənşəli pnevmoniyaların əlamətlərini birləşdirir. Lakin bu əlamətlər daha mülayim olur və daha gec inkişaf edir. Mikoplazma pnevmoniyaları məktəb yaşlı uşaqlar və gənclər arasında daha çox rast gəlinir, antibiotiklərlə müalicəyə həssasdırlar. Lakin quru öskürək və zəiflik bir müddət davam edə bilər İnkubasion dövrü 1-4 həftədir. Simptomları :
MP-in səbəb olduğu tənəffüs yolu infeksiyaları adətən 2-3 həftə davam edir. Bir aydan çox davam edən uzanmış simptomlar xəstələrin təxminən 10%-də rast gəlinir.
- bir neçə həftə davam edən öskürək
- qızdırma
- boğaz ağrısı
- baş ağrıları və əzələ ağrısı.
Müsbət nəticə:
Mənfi nəticə:
Müayinələr