IgG sinfinin anticisimləri cari və ya keçirilmiş parvovirus infeksiyasının göstəricisidir. Onlar infeksiyaya yoluxduqdan sonra 3-cü həftənin sonunda görünür, 1 aydan sonra əhəmiyyətli dərəcədə artır və uzun illər qanda dövr edir, güclü immuniteti təmin edir.
Parvovirus B19 infeksiyası olduqca yoluxucu, daha çox uşaqlarda görülən xəstəlikdir. Törədici DNT tərkibli viruslara aiddir. Infeksiya adətən qışın sonu, yazın əvvəli baş verir. 70% hallarda 5 ilə 15 yaş arası uşaqlarda rast gəlinsə də, parvovirus B19 infeksiyası kiçik yaşda uşaqlarda və böyüklərdə də rast gəlinə bilər.
İnkubasiya dövrü bir neçə gündən 2-3 həftəyə qədərdir. Uşaqlarda parvovirus infeksiyası eritema, hər iki yanağın xarakterik qızartısına və gövdə və ətraflarda retikulyar səpgilərə səbəb olur. Bəzi hallarda səpgi bir neçə həftə davam edə və ya təkrarlana bilər. Günəş işığına, güclü istilik və ya stressə məruz qaldıqda arta bilər.
Uşaqlarda parvovirus infeksiyasının digər əlamətləri aşağıdakılar ola bilər:
- Hərarət;
- Qarın ağrısı;
- Baş ağrısı;
- Burun axması;
- Halsızlıq.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Qida qəbulundan 4 saat sonra qan götürülməsi tövsiyə olunur.
- Müayinədən 30 dəqiqə əvvəl siqaret çəkməyin.
- eritema səbəblərinin differensial diaqnostikası üçün;
- hamilə qadınlarda parvovirus infeksiyasının diaqnozu və dölün patologiyası riskinin qiymətləndirilməsi üçün;
- hamilə qadın parvovirusa yoluxmuş şəxslərlə təmasda olduqda;
- hamiləliyi planlaşdırarkən;
- hemolitik anemiyanın anadangəlmə formaları olan xəstələrdə keçici aplastik böhranın səbəblərini aydınlaşdırmaq;
- naməlum mənşəli poliartropatiyalar, miokardit;
- immun çatışmazlığı olan insanlarda ağır və ya davamlı anemiya zamanı.
Müsbət nəticə:
- kəskin infeksiya;
- keçirilmiş infeksiya.
Mənfi/şübhəli nəticə:
- infeksiya olmaması;
- xəstədə zəif immun reaksiyası;
- kifayət qədər anticisim olmaması.
Alınan nəticələrin təhlili həkim tərəfindən anamnez məlumatları, klinik məlumatlar və digər müayinələrin nəticələri ilə birlikdə həyata keçirilir.