Müayinələr
Müayinələr
IgM sinifi anticisimlər kəskin infeksiyanın markeridir. Onlar infeksiyadan sonra 10 gündən 3-5 aya qədər olan dövrdə qanda aşkar edilir.
Parvovirus B19 infeksiyası olduqca yoluxucu, daha çox uşaqlarda görülən xəstəlikdir. Törədici DNT tərkibli viruslara aiddir. Infeksiya adətən qışın sonu, yazın əvvəli baş verir. 70% hallarda 5 ilə 15 yaş arası uşaqlarda rast gəlinsə də, parvovirus B19 infeksiyası kiçik yaşda uşaqlarda və böyüklərdə də rast gəlinə bilər.
İnkubasiya dövrü bir neçə gündən 2-3 həftəyə qədərdir. Uşaqlarda parvovirus infeksiyası eritema, hər iki yanağın xarakterik qızartısına və gövdə və ətraflarda retikulyar səpgilərə səbəb olur. Bəzi hallarda səpgi bir neçə həftə davam edə və ya təkrarlana bilər. Günəş işığına, güclü istilik və ya stressə məruz qaldıqda arta bilər.
Uşaqlarda parvovirus infeksiyasının digər əlamətləri aşağıdakılar ola bilər:
Müsbət nəticə:
Mənfi/şübhəli nəticə:
Alınan nəticələrin təhlili həkim tərəfindən anamnez məlumatları, klinik məlumatlar və digər müayinələrin nəticələri ilə birlikdə həyata keçirilir.
Müayinələr