Parvovirus B19 infeksiyası olduqca yoluxucu, daha çox uşaqlarda görülən xəstəlikdir. Törədici DNT tərkibli viruslara aiddir. Infeksiya adətən qışın sonu, yazın əvvəli baş verir. 70% hallarda 5 ilə 15 yaş arası uşaqlarda rast gəlinsə də, parvovirus B19 infeksiyası kiçik yaşda uşaqlarda və böyüklərdə də rast gəlinə bilər.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Qida qəbulundan 4 saat sonra qan götürülməsi tövsiyə olunur.
- Müayinədən 30 dəqiqə əvvəl siqaret çəkməyin.
- uşaqlarda yoluxucu eritema və ya böyüklərdə poliartropatiyaların səbəblərinin differensial diaqnostikası üçün.
- immunçatışmazlığı olan xəstələrdə (HİV-ə yoluxmuş, donor orqanların resipiyentlərində) kəskin və ya xroniki anemiyanın səbəblərinin diaqnostikası üçün;
- hamilə qadınlarda parvovirus infeksiyasının diaqnozu və dölün patologiyası riskinin qiymətləndirilməsi üçün;
- hemolitik anemiyanın anadangəlmə formaları olan xəstələrdə keçici aplastik böhranın səbəblərini aydınlaşdırmaq;
- subfebril temperatur, artralgiya, kiçik oynaqların simmetrik artriti olan uşaqlar;
- hamilə qadının parvovirusa yoluxmuş şəxslərlə təmasda olması;
- hamiləliyi planlaşdırarkən.
Müsbət nəticə:
- Parvovirus infeksiyası (kəskin və ya davamlı forma)
Mənfi nəticənin səbəbləri
- İnfeksiya yoxdur
- Rekonvalessensiya dövrü.