Parvovirus B19 keyfiyyət (PZR)

0 Azn

Parvovirus B19 infeksiyası olduqca yoluxucu, daha çox uşaqlarda görülən xəstəlikdir. Törədici DNT tərkibli viruslara aiddir. Infeksiya adətən qışın sonu, yazın əvvəli baş verir. 70% hallarda 5 ilə 15 yaş arası uşaqlarda rast gəlinsə də, parvovirus B19 infeksiyası kiçik yaşda uşaqlarda və böyüklərdə də rast gəlinə bilər.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır. 
  • Qida qəbulundan 4 saat sonra qan götürülməsi tövsiyə olunur.
  • Müayinədən 30 dəqiqə əvvəl siqaret çəkməyin. 
  • uşaqlarda yoluxucu eritema və ya böyüklərdə poliartropatiyaların səbəblərinin differensial diaqnostikası üçün.
  • immunçatışmazlığı olan xəstələrdə (HİV-ə yoluxmuş, donor orqanların resipiyentlərində) kəskin və ya xroniki anemiyanın səbəblərinin diaqnostikası üçün;
  • hamilə qadınlarda parvovirus infeksiyasının diaqnozu və dölün patologiyası riskinin qiymətləndirilməsi üçün;
  • hemolitik anemiyanın anadangəlmə formaları olan xəstələrdə keçici aplastik böhranın səbəblərini aydınlaşdırmaq;
  • subfebril temperatur, artralgiya, kiçik oynaqların simmetrik artriti olan uşaqlar;
  • hamilə qadının parvovirusa yoluxmuş şəxslərlə təmasda olması;
  • hamiləliyi planlaşdırarkən.

Müsbət nəticə:

  • Parvovirus infeksiyası (kəskin və ya davamlı forma)

Mənfi nəticənin səbəbləri

  • İnfeksiya yoxdur
  • Rekonvalessensiya dövrü.