Lyamblia İgM

22 Azn

Giardia lamblia nazik bağırsaqda, bəzən də öd kisəsində parazitlik edən və lyamblioz xəstəliyinə səbəb olan protozoadır. Onlar vegetativ formada (trofozoitlər) və kistalar şəklində mövcud ola bilərlər. İnfeksiyanın ötürülmə yolu fekal-oral, lyamblia kistləri ilə çirklənmiş su və ya qida, həmçinin çirklənmiş əllər və məişət əşyaları vasitəsilə olur. İnkubasiya dövrü 3-42 gündür. Bu infeksiya zamanı əsas simptom  ishaldır. Bundan başqa qarında ağrı,  qurultu, qaz əmələ gəlməsinin artması, xoşagəlməz qoxu ilə tez-tez sarımtıl, sulu nəcis, yağların malabsorbsiyası səbəbindən nəcisdə həzm olunmamış yağ miqdarının artması, bəzən iştahsızlıq və qusma rast gəlinir. Xəstəliyin “bağırsaqdan kənar” təzahürlərinə müxtəlif allergik dermatozlar, artritlər və rinitlər daxildir.

Lamblia ilə infeksiyaya cavab olaraq immunitet sistemi spesifik immunoqlobulinlər (A, M, G) istehsal edir. İlk olaraq IgM (infeksiyadan sonra 10-14-cü gündə) yaranır, daha sonra lyambliozun demək olar ki, bütün mərhələlərində qanda IgG görünür.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Müayinədən 30 dəqiqə əvvəl siqaret çəkməyin.
  • Lamblia intestinalis ilə cari infeksiyanı müəyyən etmək.
  • Oxşar simptomlarla müşayiət olunan xəstəliklərdə (digər testlərlə birlikdə) diferensial diaqnoz üçün.

Müsbət nəticə:

  • Lamblia intestinalis ilə cari infeksiya.

Mənfi nəticə:

  • İnfeksiya yoxdur.