Müayinələr
Müayinələr
Trixomoniaz sıx rast gəlinən veneroloji xəstəliklərdən biridir. 16-40 yaş aralığında rastgəlmə tezliyi daha yüksəkdir. Yoluxma əksər hallarda cinsi yolla keçir, ancaq gigiyena qaydalarına düzgün əməl etmədikdə də yoluxma inkar edilmir. Həmçinin yoluxmuş hamilə qadından doğuş zamanı uşağa da keçə bilir.
Orqanizmdə uzun müddət olmasına baxmayaraq bir çox hallarda hər-hansı əlamət müşahidə olunmur. Ona görə yoluxmuş şəxs bundan xəbərsiz digərlərini də yoluxdurur.
Trichomonas İgG antitelləri hazırda orqanizmdə olan və ya keçirilmiş infeksiyanı göstərir.
Müalicə olunmadıqda xəstəlik daxili cinsiyyət yollarına yayıla bilər. Xəstəlik səbəbli vaginal pH pozğunluğu olduğu üçün spermatozoidlərin ölümünə səbəb olaraq müvəqqəti sonsuzluq yaradır.
Xəstəliyin səbəbi parazit mikroorqanizmlərdir ki, buna görə antibiotik qrupu preparatların müalicədə effekti olmur. Ona görə unutmayın ki həkim təyin etmədən hərhansı dərman preparatı qəbul etmək sizin sağlamlığınız üçün təhlükəlidir.
Trichomonas vaginalis-ə yoluxduğunu öyrənmək. Bu, iltihab prosesinin xarakterini təyin etməyə imkan verir.
Neqativ nəticə
Pozitiv nəticə
Müayinələr