Qanın laxtalanma sisteminin aktivliyinin göstəricisidir, protrombin və trombin əmələ gəlməsini xarakterizə edir, koaqulyasiya testidir. Heparinlə müalicə aparılarkən kontrol etmək üçün aktivləşmiş hissəvi tromboplasin vaxtının təyini geniş istifadə olunur.
- Qanın axşam yeməyindən 8-14 saat sonra səhər, acqarına (su içmək olar), günorta
- yüngül qida qəbul etdikdən 4 saat sonra götürülməsi tövsiyyə olunur.
- Tədqiqat zamanı psixoemosionallığın və fiziki yükün artırılması (idman məşqləri), spirtli içki qəbulu istisna olunmalıdır.
- Qan laxtalanma sisteminin skrining müayinəsi
- Qan laxtalanmasının patoloji müayinəsi
- Hemostazın kontrolu və antikoaqulyant terapiya zamanı heparinin dozası
- Hemofiliyanın diaqnostikası
- Antifosfolipid sindromu
Miqdarın artması:
- Hemofiliya A, B, C
- Hageman, Villebrand xəstəliyi
- Damardaxili disseminasiyaolunmuş laxtalanma sindromunun II və III fazası
- Heparinlə terapiya
- Antifosfolipid sindromu
- Antikoagülanın yüksək hematokrit göstəricisi olarsa və ya vakum probirkasının tam doldurulmazsa
Miqdarın azalması:
- Damardaxili disseminasiyaolunmuş laxtalanma sindromunun I fazası