Qanın laxtalanma sisteminin aktivliyinin göstəricisidir, protrombin və trombin əmələ gəlməsini xarakterizə edir, koaqulyasiya testidir. Heparinlə müalicə aparılarkən kontrol etmək üçün aktivləşmiş hissəvi tromboplasin vaxtının təyini geniş istifadə olunur.

  • Qanın axşam yeməyindən 8-14 saat sonra səhər, acqarına (su içmək olar), günorta
  • yüngül qida qəbul etdikdən 4 saat sonra götürülməsi tövsiyyə olunur.
  • Tədqiqat zamanı psixoemosionallığın və fiziki yükün artırılması (idman məşqləri), spirtli içki qəbulu istisna olunmalıdır.
  • Qan laxtalanma sisteminin skrining müayinəsi
  • Qan laxtalanmasının patoloji müayinəsi
  • Hemostazın kontrolu və antikoaqulyant terapiya zamanı heparinin dozası
  • Hemofiliyanın diaqnostikası
  • Antifosfolipid sindromu

Miqdarın artması:

  • Hemofiliya A, B, C
  • Hageman, Villebrand xəstəliyi
  • Damardaxili disseminasiyaolunmuş laxtalanma sindromunun II və III fazası
  • Heparinlə terapiya
  • Antifosfolipid sindromu
  • Antikoagülanın yüksək hematokrit göstəricisi olarsa və ya vakum probirkasının tam doldurulmazsa

Miqdarın azalması:

  • Damardaxili disseminasiyaolunmuş laxtalanma sindromunun I fazası