Fibrinogen qan laxtalanması zamanı qan laxtasının əsasını təşkil edir. Təxmini 340 000 Да molekulyar ağırlığına malik olan bir qlükoproteindir, koaquloqrammaya daxildir. Beynəlxalq nomenklaturaya əsasən fibrinogen I (ilk) plazmanın koaqulyasiya sistemini təşkil edir. Fibrinogen qaraciyərdə sintez olunur.
Hamiləlik zamanı fizioloji olaraq fibrinogenin miqdarının artımı müşahidə olunur.
- Qanın axşam yeməyindən 8-14 saat sonra səhər, acqarına (su içmək olar),
- yüngül qida qəbul etdikdən 4 saat sonra götürülməsi tövsiyyə olunur.
- Tədqiqat zamanı psixoemosionallığın və fiziki yükün artırılması (idman məşqləri), spirtli içki qəbulu istisna olunmalıdır.
- Qanın laxtalanma problemi
- Cərrahi əməliyyatdan öncə müayinə
- Hamiləlik zamanı müayinə
- Ürək-damar xəstəlikləri
- İltihabi proseslər
Fibrinogenin miqdarı artır:
- Kəskin iltihabi xəstəliklər və infeksiyalar (qrip, vərəm)
- İnsult (1-ci sutka)
- Hamiləlik
- Hipotireoz
- Miokard infarktı
- Yanıqlar
- Amiloidoz
- Bədxassəli şişlər
- Esterogenlərin qəbulu, oral kontraseptlər
Fibrinogenin miqdarının azalması:
- Qaraciyərin xəstəliyi
- Damardaxili disseminasiyaolunmuş laxtalanma
- Afibrinogenemiya
- C və B12 vitaminlərinin defisiti
- Hamiləlik toksikozu
- Yenidoğulmuşlarda dölyanı maye emboliyası
- İlan zəhərləri
- Xroniki mieloleykoz
- Polisitemiya
- Anabolik hormonların, androgenlərin, balıq yağı, valproy turşusu, antikoaqulyantların(streptokinaza, urokinaza) qəbulu