Fibrinogen qan laxtalanması zamanı qan laxtasının əsasını təşkil edir. Təxmini 340 000 Да molekulyar ağırlığına malik olan bir qlükoproteindir, koaquloqrammaya daxildir. Beynəlxalq nomenklaturaya əsasən fibrinogen I (ilk) plazmanın koaqulyasiya sistemini təşkil edir. Fibrinogen qaraciyərdə sintez olunur.

Hamiləlik zamanı fizioloji olaraq fibrinogenin miqdarının artımı müşahidə olunur.

  • Qanın axşam yeməyindən 8-14 saat sonra səhər, acqarına (su içmək olar),
  • yüngül qida qəbul etdikdən 4 saat sonra götürülməsi tövsiyyə olunur.
  • Tədqiqat zamanı psixoemosionallığın və fiziki yükün artırılması (idman məşqləri), spirtli içki qəbulu istisna olunmalıdır.
  • Qanın laxtalanma problemi
  • Cərrahi əməliyyatdan öncə müayinə
  • Hamiləlik zamanı müayinə
  • Ürək-damar xəstəlikləri
  • İltihabi proseslər

Fibrinogenin miqdarı artır:

  • Kəskin iltihabi xəstəliklər və infeksiyalar (qrip, vərəm)
  • İnsult (1-ci sutka)
  • Hamiləlik
  • Hipotireoz
  • Miokard infarktı
  • Yanıqlar
  • Amiloidoz
  • Bədxassəli şişlər
  • Esterogenlərin qəbulu, oral kontraseptlər

Fibrinogenin miqdarının azalması:

  • Qaraciyərin xəstəliyi
  • Damardaxili disseminasiyaolunmuş laxtalanma
  • Afibrinogenemiya
  • C və B12 vitaminlərinin defisiti
  • Hamiləlik toksikozu
  • Yenidoğulmuşlarda dölyanı maye emboliyası
  • İlan zəhərləri
  • Xroniki mieloleykoz
  • Polisitemiya
  • Anabolik hormonların, androgenlərin, balıq yağı, valproy turşusu, antikoaqulyantların(streptokinaza, urokinaza) qəbulu