SHBG – cinsi hormonları birləşdirən qlobulindir. Qaraciyərdə əmələ gəlir, testosteronun çox hissəsini və 5-dehidrotestosteronu, az miqdarda isə estradiolu birləşdirir. Birləşmiş vəziyyətdə olan hormonlar maddələr mübadiləsində iştirak etmirlər. Sərbəst testosteron ümuminin cəmi 1-2%-ni təşkil edir. SHBG miqdarının dəyişməsi zamanı hormonlar arasındakı bu nisbət də dəyişir.
SHBG testosteron və estradiol müayinə nəticələrinin düzgün interpretasiyası (şərhi) üçün yoxlanılır.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
- Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
- Qadınlarda mentrual tsiklin hansı günündə verilməsi müalicə həkimi tərəfindən təyin edilməlidir.
SHBG analizini həm qadın, həm də kişilər verə bilərlər. Hər iki cins nümayəndələri üçün aşağıdakı hallarda göstərişdir:
- Alopesiya
- Dəridə səpgilər (akne)
- Yağlı seboreya
Qadınlar üçün göstərişlər:
- Hirsutizm (həddən artıq tüklənmə)
- Ovulyasiyanın olmaması
- Amenoreya (reproduktiv yaşda 3 aydan artıq aybaşının olmaması)
- Polikistoz yumurtalıqlar sindromu
Kişilər üçün göstərişlər:
- Xroniki prostatit
- Erektil disfunksiya
- Libidonun (cinsi həvəs) azalması
SHBG səviyyəsinin yüksəlməsi
- Hiperestrogeniya
- Hipertireoid vəziyyət
- Hepatit
- HİV-infeksiya
- Oral kontraseptivlərin, fenitoin qəbulu
SHBG səviyyəsinin azalması
- Nefrotik sindrom
- Böyük kollagenozlar
- Hiperandrogeniya
- Insulinə rezistentlik
- Hipotireoz
- Akromeqaliya
- Kuşinq xəstəliyi
- Hiperprolaktinemiya
- Yumurtalıqların polikistozu sindromu
- Qaraciyərin sirrozu
- Danazol, androgenlər, qlükokortikoidlər, somastatin preparatlarının qəbulu