SHBG (cinsi hormonları birləşdirən qlobulin)

59 Azn

 SHBG – cinsi hormonları birləşdirən qlobulindir. Qaraciyərdə əmələ gəlir, testosteronun çox hissəsini və 5-dehidrotestosteronu, az miqdarda isə estradiolu birləşdirir. Birləşmiş vəziyyətdə olan hormonlar maddələr mübadiləsində iştirak etmirlər. Sərbəst testosteron ümuminin cəmi 1-2%-ni təşkil edir. SHBG miqdarının dəyişməsi zamanı hormonlar arasındakı bu nisbət də dəyişir.

SHBG testosteron və estradiol müayinə nəticələrinin düzgün interpretasiyası (şərhi)  üçün yoxlanılır.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
  • Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
  • Qadınlarda mentrual tsiklin hansı günündə verilməsi müalicə həkimi tərəfindən təyin edilməlidir.

SHBG analizini həm qadın, həm də kişilər verə bilərlər.  Hər iki cins nümayəndələri üçün aşağıdakı hallarda göstərişdir:

  • Alopesiya
  • Dəridə səpgilər (akne)
  • Yağlı seboreya

Qadınlar üçün göstərişlər:

  • Hirsutizm (həddən artıq tüklənmə)
  • Ovulyasiyanın olmaması
  • Amenoreya  (reproduktiv yaşda 3 aydan artıq aybaşının olmaması)
  • Polikistoz yumurtalıqlar sindromu

Kişilər üçün göstərişlər:

  • Xroniki prostatit
  • Erektil disfunksiya
  • Libidonun (cinsi həvəs)  azalması

SHBG səviyyəsinin yüksəlməsi

  • Hiperestrogeniya
  • Hipertireoid vəziyyət
  • Hepatit
  • HİV-infeksiya
  • Oral kontraseptivlərin, fenitoin qəbulu

SHBG səviyyəsinin azalması

  • Nefrotik sindrom
  • Böyük kollagenozlar
  • Hiperandrogeniya
  • Insulinə rezistentlik
  • Hipotireoz
  • Akromeqaliya
  • Kuşinq xəstəliyi
  • Hiperprolaktinemiya
  • Yumurtalıqların polikistozu sindromu
  • Qaraciyərin sirrozu
  • Danazol, androgenlər, qlükokortikoidlər, somastatin preparatlarının qəbulu