Total Testosteron

23 Azn

Testosteron steroid androgen hormondur, ikincili cinsi əlamətlərin, cisi yetkinliyin və normal cinsi funksiyanın inkişafını təmin edir.

Testosteron əzələ toxumasına anabolik effekt göstərir, sümük toxumasının dəridə piy vəzilərini inkişafını təmin edir,  qaraciyərin lipoproteid sintezində iştirak edir, b-endorfinlərin, insulinin  sintezini modulə edir. Kişilərdə cinsi cinsi sistemin, ikincili cinsi əlamətlərin, cinsi həvəsin, spermatogenez və potensiyanın,  cinsi davranışın psixofizioloji xüsusiyyətlərini təmin edir.

Qadınlarda yumurtalıqlarda follikulların reqressiyası mexanizmində və hipofizin qonadotrop hormonlarının səviyyəsinin idarə olunmasında iştirak edir.

Kişilərdə testosteron yeniyetməlik dövründə artmağa başlayır və orta hesabla 60 yaşadək yüksək səviyyədə qalır.  Hormonun qan plazmasında miqdarı gün ərzində dəyişir.  Maksimum konsentrasiyası səhər vaxtı, minimal miqdar isə axşam vaxtları müşahidə olunur.  Qadınlarda testosteronun maksimal miqdarı ovulyasiyanın  lütein fazasında qeyd olunur.  Hamilə qadınlarda 3-cü trimestrə testosteron səviyyəsi 3 dəfəyədək qalxır.  Menopauza zamanı testosteron konsentrasiyası azalır.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
  • Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
  • Əgər müalicə həkimi tərəfindən başqa cür qeyd olunmayıbsa xanımların analizi menstrual siklin 2-4-cü günlərində vermələri tövsiyə edilir
  • Birdəfəlik testosteron müayinəsində menstrual tsiklin günü vacib rol oynamır, fazadan asılı olaraq hormonun dəyişməsi referens normaları daxilində olur.

Hər iki cinsdə

  • Sonsuzluq
  • Saç tökülməsi
  • Akne
  • Yağlı seboreya
  • Aplastik anemiya
  • Böyrəküstü vəzilərin şişləri
  • Qlükokortikoid və androgen tərkibli preparatların qəbulu zamanı kontrol

Qadınlarda

  • Hirsituizm (tüklənmə)
  • Anovulyasiya
  • Amenoreya
  • Oliqomenoreya
  • Disfunksional uşaqlıq qanaxması
  • Düşüklər
  • Yumurtalıqların polikistozu
  • Androgenital sindrom
  • Uşaqlığın mioması
  • Endometrioz
  • Süd vəzi törəmələri
  • Uşaqlıq və süd vəzilərin hipoplaziyası

Kişilərdə

  • Potensiyanın pozulması
  • Libidonun azalması
  • Kişi klimaksı
  • Birincili və ikincili hipoqonadizm
  • Xroniki prostatit
  • Osteoporoz

Testosteron səviyyəsinin yüksəlməsi

  • Kuşinq xəstəliyi və sindromu
  • Androgenital sindrom (qadınlar)
  • Xayaların testosteron sintez edən törəmələri
  • XYY kariotipi
  • Yumurtalıqların şişləri
  • SHBG səviyyəsinin azalması
  • Danazol, finasterin, flutamid, levonorgestrel, mifepriston, moklobemid,mafarelin, nilutamid, fenitoin  və s. kimi dərmanların qəbulu
  • Həddən artıq fiziki yük

Testosteron səviyyəsinin azalması

  • Qlükokortikoid qəbulu
  • Böyrəküstü vəzi çatışmazlığı
  • Hipoqonadizm
  • Xroniki prostatit
  • Piylənmə
  • Tez həzm olunan karbohidrat qəbulu, vegeterianlıq, aclıq, alkoqolizm