Priska - döldə mümkün olan anomaliya risklərini hesablayan kompüter proqramıdır. Daha etibarlı məlumat almaq üçün optimal olaraq birinci trimestrdə 11-13 həftə 6 gün aralığında aparılır.
Yoxlanılan analizlər
Free B-hCG
Papp-A test
Priska nəyi təyin edir?
- Daun sindromu ( trisomiya-21) Döldə yaranma riski ananın yaşına mütənasib olaraq artır.
- Edvards sindromu (trisomiya-18) Körpənin həyatda qalma ehtimalı 10%-dir. 90% uşaqlar 1 yaşınadək tələf olurlar.
- Patau sindromu (trisomiya 13) Dölün bir çox orqanlarında pozğunluqlar müşahidə edilir.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Analizə acqarna gəlmək lazımdır.
- Priska hesablaması üçün 24 saat ərzində keçilmiş hamiləlik USM nəticəsi lazımdır.
- Döldə xromosom patologiyalarının təyini üçün 1-ci trimesterdə hamilə qadınların skrininqi
- USM müayinəsi zamanı döl patologiyalarının aşkarlanması
- Prenatal skrininq zamanı biokimyəvi göstərişlərin normadan kənara çıxması
- İnvaziv prenatal diaqnostikanın həyata keçirilməsi üçün əsaslandırma
Analiz nəticələri qrafik şəklində təqdim edilir. Qrafik nəticəsində hər bir risk üçün ayrı-ayrılıqda göstəricilər şəklində təyin olunur.
- Yüksək risk 1: 250
- Orta risk 1:251-1:1000
- Aşağı risk 1:1000.