2-li test (11-14 həftə, tək döl)

113 Azn

Priska  - döldə mümkün olan anomaliya risklərini hesablayan kompüter proqramıdır. Daha etibarlı məlumat almaq üçün optimal olaraq birinci trimestrdə 11-13 həftə 6 gün aralığında aparılır.

Yoxlanılan analizlər
Free B-hCG

Papp-A test

Priska nəyi təyin edir?

  • Daun sindromu ( trisomiya-21) Döldə yaranma riski ananın yaşına mütənasib olaraq artır.
  • Edvards sindromu (trisomiya-18) Körpənin həyatda qalma ehtimalı 10%-dir. 90% uşaqlar 1 yaşınadək tələf olurlar.
  • Patau sindromu (trisomiya 13) Dölün bir çox orqanlarında pozğunluqlar müşahidə edilir.
  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Analizə acqarna gəlmək lazımdır.
  • Priska hesablaması üçün 24 saat ərzində keçilmiş hamiləlik USM nəticəsi lazımdır.
  • Döldə xromosom patologiyalarının təyini üçün 1-ci trimesterdə hamilə qadınların skrininqi
  • USM müayinəsi zamanı döl patologiyalarının aşkarlanması
  • Prenatal skrininq zamanı biokimyəvi göstərişlərin normadan kənara çıxması
  • İnvaziv prenatal diaqnostikanın həyata keçirilməsi üçün əsaslandırma

Analiz nəticələri qrafik şəklində təqdim edilir. Qrafik nəticəsində hər bir risk üçün ayrı-ayrılıqda göstəricilər şəklində təyin olunur. 

  • Yüksək risk    1: 250
  • Orta risk         1:251-1:1000
  • Aşağı risk       1:1000.