Müayinələr
Müayinələr
3-lü test zamanı qanda aşkar edilən maddələr: alfa-fetoprotein (AFP), insan xorionik gonadotropini (hCG) və estriol (E3).
1. AFP körpə qaraciyəri tərəfindən istehsal olunan bir proteindir. Hamiləlik dövründə ananın qanında tədricən yüksəlir.
2. hCG plasentada istehsal olunan bir hormondur. Hamiləliyin ilk dövrlərindən yüksəlməyə başlayır.
3. E3 həm körpə, həm də plasenta tərəfindən istehsal olunan bir hormondur.
Üçlü skrininq testi Daun Sindromu, Edvard sindromu, Patau (trisomiya 13) və sinir borusu qüsurları üçün artan risk olub-olmaması barədə məlumat verir və həkim tərəfindən dəyərləndirilir.
Müayinələr