Estriol (E3)

25 Azn

Sərbəst estriol hamiləliyin normal gedişayı üçün çox vacib olan steroid hormondur.  Ciftdə sintez olunur.  Aktivliyinə görə estradiol və estrondan geri qalır, hamilə olmayan qadının orqanizmində böyük rol oynamır.  Lakin hamiləlik zamanı əsas estrogen hormona çevrilərək hamiləliyin normal gedişini təmin edir.

Endometrium hüceyrələrində damar genişləndirici prostoqladinlərin  sintezini stimulə edərək uşaqlıq-cift qan dövranını gücləndirir.  Süd vəzilərinin böyüməsini stimulə edir.

Ciftdə xolesteroldan estrogen sintezi üçün lazım olan bütün fermentlər yoxdur, ona görə də hazır materialları həm döldən, həm də anadan götürür. Sintez üçün lazım olan maddələrdən biri də DHEA-Sdir ki, ananın böyrəküstü vəzisində sintez olunur.  Ciftdə DHEA-s metabolizə olunduqda estradiol və estron əmələ gəlir.  Onların az bir hissəsi isə estriola çevrilir.

• Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.

• Analizdən 30 dəq öncə psixoemosional və fiziki gərginlik istisna olunmalıdır.

  • Hamiləliyə nəzarət zamanı, xüsusilə dölün inkişaf qüsurları riski olduqda
  • Gec toksikoz əlamətləri zamanı
  • Hiperestrogenizm simptomları zamanı
  • 3-cü trimestrdə  ağırlaşmalar riskinin qiymətləndirilməsi

Estriol səviyyəsinin yüksəlməsi

  • Çoxdöllü hamiləlik
  • Yumurtalıqların və ya böyrəküstü vəzinin hormonal-aktiv şişləri
  • Qaraciyərin sirrozu

Estriol səviyyəsinin azalması

Dölün xəstəlikləri

  • Anensefaliya
  • Dölün bətndaxili tələf olması
  • Abort
  • Dölün inkişafının dayanması
  • Daun sindromu, Edvards sindromu
  • X-ilişikli ixtioz, Smit-Lemli-Opits sindromu
  • RH və ya ABO konflikt

Ananın xəstəlikləri

  • Xoriokarsinoma
  • Preeklampsiya
  • Menopauza
  • Qlükokortikoid, estrogenlər, penisillin, meprobamat, fenazopiridin qəbulu