Follikul stimuləedici hormon (FSH) hipofizin qlikoproteid qonadotrop hormonudur.  Kişilərdə spermatogenezin, qadınlarda isə follikulların inkişafını stimulə edir.

Qonadoliberin, cinsi hormonlar və inhibin  təsiri altında hipofizin ön payında sintez olunur. FSH qana 1-4 saatlıq intervallarla buraxılır.  Bu zaman qanda FSH səviyyəsi 1,5-2,5 dəfə artır. Belə artım 15 dəqiqə davam edir.  Fəsildən asılı olaraq hormonun miqdarı qanda dəyişir.  Kişilərdə FSH yayda daha yüksək olur.

LH/FSH nisbəti vacib göstəricidir. Normada menarxeyə qədər  1-ə bərabər olur. Menarxedən 1 il sonra 1-1,5 arası, 2 il sonradan menopauzaya qədər isə 1,5-2 arasında dəyişir.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
  • Müayinədən 3 gün əvvəldən fiziki gərginlik,  bilavasitə müayinə öncəsi psixoemosional gərginlik və alkoqol qəbulu olmamalıdır.
  • Müalicə həkimi tərəfindən başqa cür qeyd edilməmişdirsə menstrual tsikli olan qadınlarda analiz tsiklin 2-4cü günündə yoxlanılır.
  • Libido və potensiyanın  azalması
  • Sonsuzluq
  • Anovulyasiya
  • Oliqomenoreya və amonereya
  • Disfunksional uşaqlıq qanaxması
  • Düşüklər
  • Böyümənin ləngiməsi
  • Yumurtalıqların polikistozu sindromu
  • Endometrioz
  • Daxili cinsiyyət orqanlarının xroniki iltihabı
  • Hormon terapiyasının effektliyinin izlənilməsi
  • Vaxtından öncə cinsi inkişaf

FSH səviyyəsinin yüksəlməsi

  • Birincili hipoqonadizm
  • Hipofizin bazofil adenoması
  • Yumurtalıqların endometrial kistası
  • Svaer sindromu
  • Turner sindromu
  • Testikulyar feminizasiya
  • Disfunksional uşaqlıq qanaxması
  • Siqaretçəkmə
  • Rentgen şüalarının təsiri
  • Böyrək çatışmazlığı
  • Seminoma
  • Rilizinq-hormon, ketokonazol, levodopa, nafarelin, nalokson, fenitoin, pravastatin, tamoksifen kimi preparatların qəbulu

FSH səviyyəsinin azalması

  • Ikincili amenoreya
  • Hipofizar nanizm
  • Şixan sindromu
  • Simmonds xəstəliyi
  • Marfan sindromu
  • Hiperprolaktinemiya
  • Yumurtalıqların polikistozu sindromu (atipik forma)
  • Aclıq
  • Piylənmə
  • Cərrahi müdaxilə
  • Qurğuşun təsiri
  • Anabolik steroidlər, buzerelin, karbamazepin, megestrol, peroral kontraseptivlər,  stanazol kimi preparatların qəbulu

FSH hormonu nədir? 

FSH hormonu, yəni follikul stimuləedici hormon, hipofiz vəzinin ön payında sintez olunan glykoproteid strukturlu qonadotrop hormondur. Bu hormon qadınlarda yumurtalıqlarda follikulların yetişməsini, kişilərdə isə spermatogenezin, yəni sperm hüceyrələrinin yaranmasını stimulə edir. FSH hormonu nədir, sualına cavab olaraq, bu hormonun həm kişi, həm də qadın reproduktiv sistemində mühüm rol oynadığını demək kifayətdir. FSH səviyyəsi bədəndə müxtəlif faktorların: cinsi hormonların, inhibin və qonadoliberinin təsiri altında dəyişə bilər. Hormonun qana buraxılması 1-4 saatlıq fasilələrlə baş verir və bu zaman səviyyə 15 dəqiqəlik intervallarla 1.5-2.5 dəfə yüksələ bilər.

FSH analizi nədir?

FSH analizi nədir sualına cavab olaraq deyə bilərik ki, bu analiz qanda follikul stimuləedici hormonun səviyyəsini ölçən laborator müayinəsidir. Həkimlər bu analizi əsasən menstrual pozuntular, sonsuzluq şübhəsi və hormonal balansın qiymətləndirilməsi məqsədilə təyin edirlər. FSH analizi həm qadınlarda, həm də kişilərdə tətbiq olunur və nəticələr digər hormon göstəriciləri ilə xüsusilə LH/FSH nisbəti ilə birlikdə dəyərləndirilir. Bu nisbət qadınlarda yaş dövrünə uyğun dəyişə bilər: məsələn, menarxe dövründə 1, daha sonra isə 1,5-2 arasında dəyişən göstərici qəbul olunur. FSH hormonu nədir və hansı vəziyyətlərdə onun analizi aparılır sualları, bir çox endokrinoloji və ginekoloji diaqnozun qoyulmasında əsas rol oynayır.

Kişilərdə FSH hormonu

Kişilərdə FSH hormonu testislərdə sperm hüceyrələrinin formalaşması və inkişafını tənzimləyir. Bu hormonun düzgün səviyyədə olması, normal reproduktiv funksiyanın qorunması üçün vacibdir. Araşdırmalar göstərir ki, kişilərdə FSH səviyyəsi ilin fəsillərinə görə dəyişə bilər, xüsusilə yay aylarında hormonun miqdarı daha yüksək olur. FSH hormonu nədir və kişilərdə FSH hormonu necə işləyir sualları, kişi sonsuzluğu ilə bağlı araşdırmalarda tez-tez ön plana çıxır. Eyni zamanda, FSH analizi nədir sualı da kişilərdə hormonal balansı öyrənmək üçün aktualdır. Bu analiz spermatogenezin vəziyyətini qiymətləndirmək və hipofiz funksiyalarında mümkün pozuntuları aşkar etmək üçün əhəmiyyətlidir.