Lüteinləşdirici hormon (LH) qlikoproteid qonadotrop hormondur. Hipofizin ön payında hipotalamusun rilizin faktorunun təsiri altında bazofil hüceyrələr tərəfindən sintez olunur
Qadınlarda LH estrogen sintezini stimulə edir, progesteron sekresiyasını və sarı cismin əmələ gəlməsini requlə edir. LH-ın kritik səviyyəyə çatması ovulyasiyaya səbəb olur. Kişilərdə LH SHBG (cinsi hormonları birləşdirən qlobulin) sintezini stimulə edir, toxum kanalcıqlarının keçiriciliyini artırır. Nəticədə qan plazmasında testosteron miqdarını artırır. Kişilərdə LH səviyyəsi 60-65 yaşlarında artır.
Hormonun ifrazı pulsasiyaedici xarakter daşıyır və qadınlarda menstrual tsiklin fazasından asılıdır. Lh hormonunun pik səviyyəsi ovulyasiya zamanı olur, sonra miqdarı azalır və bütün lütein faza boyunca follikulyar fazaya nisbətən daha aşağı olur. Hamiləlik zamanı da LH səviyyəsi azalır. Postmenopauza zamanı LH və FSH səviyyəsi hər ikisi yüksəlir.
LH/FSH nisbəti vacib göstəricidir. Normada menarxeyə qədər 1-ə bərabər olur. Menarxedən 1 il sonra 1-1,5 arası, 2 il sonradan menopauzaya qədər isə 1,5-2 arasında dəyişir.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
- Müayinədən 3 gün əvvəldən fiziki gərginlik, bilavasitə müayinə öncəsi psixoemosional gərginlik və alkoqol qəbulu olmamalıdır.
- Müalicə həkimi tərəfindən başqa cür qeyd edilməmişdirsə menstrual tsikli olan qadınlarda analiz tsiklin 2-4cü günündə yoxlanılır.
- Hirsituizm
- Libido və potensiyanın azalması
- Anovulyasiya
- Oliqomenoreya və amonereya
- Sonsuzluq
- Disfunksional uşaqlıq qanaxması
- Cinsi infantilizm
- Endometrioz
- Yumurtalıqların polikistozu sindromu
- Hormono terapiyanın effektliyinin qiymətləndirilməsi
- Cinsi inkişafın ləngiməsi və ya vaxtından tez başlaması
LH səviyyəsinin yüksəlməsi
- Hipofizin bazofil adenoması
- Yumurtalıqların endometrial kistası
- Turner sindromu
- Testikulyar feminizasiya
- Disfunksional uşaqlıq qanaxması
- Böyrək çatışmazlığı
- Rilizinq-hormon, ketokonazol, levodopa, nafarelin, nalokson, fenitoin, pravastatin, tamoksifen kimi preparatların qəbulu
- Endometrioz
- Aclıq
- Fiziki məşqlər
LH səviyyəsinin azalması
- Ikincili amenoreya
- Hipofizar nanizm
- Şixan sindromu
- Simmonds xəstəliyi
- Marfan sindromu
- Hiperprolaktinemiya
- Yumurtalıqların polikistozu sindromu (atipik forma)
- stress
- Piylənmə
- Cərrahi müdaxilə
- Lütein faza çatışmazlığı
- Siqaretçəkmə
- Anabolik steroidlər, buzerelin, karbamazepin, megestrol, peroral kontraseptivlər, stanazol kimi preparatların qəbulu