Prolaktin süd vəzinin proliferasiyası və süd sekresiyasını stimulə edən polipeptid hormondur. Hipofizin ön payında, az miqdarda periferik toxumlarda da sintez olunur. Hamiləlik zamanı endometriumda da sintez olunur. Hamiləlik zamanı prolaktin sarı cismin mövcudluğunu və progesteron sintezini təmin edir, süd vəzilərinin inkişafını stimulə edir. Cinsi davranışın formalaşmasında iştirak edir. Prolaktin su-duz mübadiləsini idarə edir, kalsiumun sovrulmasını stimulə edir. Ümumilikdə orqanizmdə anabolik proesesləri aktivləşdirir. Digər effektləri arasında saçların uzanmasına olan təsirini də göstərmək olar. İmmun sisteminə modulə edici təsiri də vardır.
Gün ərzində prolaktin sekresiyası pulsasiya xarakterlidir, yəni gün ərzində dəyişir. Yuxu zamanı miqdarı artır. Oyandıqdan sonra kəskin azalır, minimuma səhər saatlarında günortaya yaxın çatır. Günortadan sonra yenidən yüksəlir. Stress olmadığı zamanlarda miqdarı norma daxilində qalır. Menstrual tsiklin lütein fazasında prolaktin follikulyar fazaya nisbətən yüksək olur.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
- Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
- Analizdən öncə pasiyent 20-30 dəq sakitlik vəziyyətində olmalıdır.
- Qalaktoreya
- Süd vəzisində tsiklik ağrılar
- Mastopatiya
- Anovulyasiya
- Oliqomenoreya
- Sonsuzluq
- Cinsi infantilizmin diaqnostikası
- Daxili cinsiyyət orqanlarının xroniki iltihabının diaqnostikası
- Doğuş sonrası laktasiyanın pozulması
- Ağır keçən klimaks
- Piylənmə
- Hirsutizm
- Osteoporoz
- Döl-cift kompleksinin vəziyyətinin qiymətləndirilməsi
- Libido və potensiyanın azalması (kişilərdə)
- Ginekomastiya (kişilərdə)
Prolaktin miqdarının yüksəlməsi
- Hipotalamusun xəstəlikləri
- Hipofizin xəstəlikləri
- Qalxanabənzər vəzinin hipofunksiyası
- Yumurtalıqların polikistozu sindromu
- Xroniki böyrək çatışmazlığı
- Qaraciyərin sirrozu
- Böyrəküstü vəzin qabıq maddəsinin çatışmazlığı
- Estrogen sintez edən şişlər
- Döş qəfəsinin zədələnməsi
- Hormonun ektopik sintezi
- Anoreksiya
- Insulin asılı hipoqlikemiya
- Kəmərləyici dəmrov
- Antipsixotik maddələr, ranitidin, simetidin, furosemid, peridol və s. ilə müalicə
Prolaktin miqdarının azalması
- Şixan sindromu
- Rentgenoterapiya
- Hiperqlikemiya törədən faktorlar
- Sadalanan preparatların qəbulu: qıcolma əleyhinə dərmanlar, dofaminergik preparatlar, konyuqəolunmuş estrogen, siklosporin A, deksametazon, dopamin, apomorfin, metoklopramid, rifampisin, tioksin və s.