Tireoqlobulin –yodlaşmış zülaldır, tireoid hormonların sintezində iştirak edir. Tireoqlobulinə qarşı olan antitellərin təyini Haşimoto xəstəliyi, atrofik autoimmun tireodit, diffuz toksik zob kimi qalxanabənzər vəzinin autoimmun xəstəliklərinin təyinində vacib göstəricidir.
Anti-TQ və Anti-TPO-nun birlikdə yoxlanması əksər hallarda Haşimoto xəstəliyini açkarlamağa və birincili idiopatik hipotireozu təyin etməyə imkan verir. Haşimoto xəstələrində bir qayda olaraq müalicə zamanı Anti-TQ titri azalır, lakin bəzən elə xəstələr də rast gəlinir ki, Anti-TQ 2-3 il müddətində persistent qalır.
Anti-TQ titri tireoqlobinə nisbətən daha çox tireotrop hormon ilə korelyasiya edir. Yod defisiti olan regionlarda qalxanabənzər vəzin autoimmun xəstəliklərinin diaqnostikası üçün Anti-TQ istifadə xüsusilə vacibdir.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Yüngül qida qəbulundan 4 saat sonra da analizi vermək olar.
Yenidoğulmuşlarda
- Anada yüksək Anti-TQ səviyyəsi
Yetkin şəxslərdə
- Xroniki tireodit
- Hipotireozun differensial diaqnostikası
- Qreyvs xəstəliyi
- Peritibial miskedema
Anti-TQ səviyyəsinin yüksəlməsi
- Xroniki tireodit
- Idiopatik hipotrieoz
- Autoimmun tireodit
- Diffuz toksiki zob
- Daun sindromu (zəif müsbət nəticə)