Müayinələr
Müayinələr
Kalsitonin kalsium metabolizminin idarə olunmasında iştirak edir. Onkologiyada qalxanabənzər vəzinin medullar karsinomasının markeridir. Daha çox qalxanabənzər vəzinin parafollikulyar C-hüceyrələri tərəfindən sintez olunur.
Kalsitonin reseptorları osteoklastlarda, böyrəklərdə, monositlərdə, beyində, ciftdə, ağciyər, qaraciyər və cinsi orqanlarda yerləşir. Bu hormonun orqanizmdəki rolu bu günədək öyrənilməyə davam edir. Kalsitoninin hipokalsiemik effekti osteklastların aktivliyinin inhibə olunması, sümük rezorbsiyasının sürətinin azalması, böyrəklərdə kalsiumun reabsorbsiyasının azalması və bağırsaqda kalsiumun absorbsiyasının azalması hesabına baş verir. Həmçinin böyrəklərdə fosfatların reabsorbsiyasını azaldaraq qanda fosforun azalmasında da rol oynayır. Kalsitonin funksional olaraq paratireoid hormonun antaqonistidir, lakin kalsium-fosfor mübadiləsindəki iştirakı parathormona nisbətən daha azdır.
Kalsitonin kalsium metabolizminin idarə olunmasında iştirak edir. Onkologiyada qalxanabənzər vəzinin medullar karsinomasının markeridir. Daha çox qalxanabənzər vəzinin parafollikulyar C-hüceyrələri tərəfindən sintez olunur.
Kalsitonin miqdarının yüksəlməsi
Kalsitonin miqdarının azalması (dinamiki müşahidə zamanı)
Müayinələr